Səfərovlar ailəsi Prezidentə təşəkkür etdi

Səfərovlar ailəsi Prezidentə təşəkkür etdi"Təkcə bir ailənin, bir el-obanın deyil, bütün Azərbaycanın acısını yaşayırıq. Yekaterinburqda baş verən faciədə ölkəmizin ləyaqətli oğulları qanunsuz şəkildə həbs olunub, amansız işgəncələrə məruz qalaraq öldürülüblər. Onlara qarşı saxta ittihamlarla qondarma "məhkəmə" qurulub".
azxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bu fikirləri iyunun 27-də Rusiya hüquq-mühafizə orqanlarının həyata keçirdiyi xüsusi əməliyyatda iki qardaşını itirən tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynli səsləndirib.
O bildirib ki, Rusiya tərəfi baş verənləri ört-basdır etməyə çalışır:
"Elə təqdim edirlər ki, guya həyəcan keçiriblər və ürəktutmasından vəfat ediblər. Ancaq məhkəmə-tibbi ekspertiza hər şeyi ortaya qoyacaq. Hadisə ictimailəşəndən dərhal sonra dövlətimiz çevik reaksiya verdi, böyük bir faciənin daha da böyüməsinin qarşısı alındı. Prezident İlham Əliyevə, diaspor nümayəndələrimizə və xalqımıza təşəkkür edirəm. Onlar bu ailəyə dəstək verdilər".
Mərhum qardaşlarla vida mərasimi Ağcabədidə keçiriləcək və onlar doğulduqları torpaqda dəfn olunacaqlar.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı evlərə OMON-un keçirdiyi basqın zamanı tanınmış jurnalistin qardaşları – Səfərovlar öldürülüb, bir neçə nəfər isə saxlanılıb.
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 28-də rəsmi bəyanat yayaraq hadisəyə kəskin etiraz edib. Həmçinin Rusiyanın müvəqqəti işlər vəkili XİN-ə çağırılıb və ona sərt nota təqdim olunub.
Məhkəmənin qərarına əsasən, Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 sutkalıq, Şahid Lalayev və Əhliman Gənciyev barəsində isə 72 saatlıq həbs qətimkan tədbiri seçilib.
Səfərovlar ailəsi Prezidentə təşəkkür etdiSəfərovlar ailəsi Prezidentə təşəkkür etdiSəfərovlar ailəsi Prezidentə təşəkkür etdiSəfərovlar ailəsi Prezidentə təşəkkür etdiSəfərovlar ailəsi Prezidentə təşəkkür etdi

Sosial       Tarix: 01 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən son durum son xeberler bugun 2026 muharibe kriminal bugun qurban bayrami 2026