"Narkomanlara hörmətim var" deyən şəxs saxlanıldı - VİDEO
Bloqer Nail Kəmərlinin Bakının "Papanin" və "Xutor" adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjetdə "Narkomanlara böyük hörmətim var" deyən şəxs saxlanılıb.
KONKRET.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyin yaydığı məlumatda deyilir ki, "Xutor"da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb. Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində rayonun Şimal şitilliyi ("Xutor") adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər müəyyən olunaraq saxlanılıb.
Bu şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində Cinayət işi başlanılıb.
Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub.
Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.
Saxlanılan şəxslər arasında Nail Kəmərlinin "Xutor" adlanan ərazilərində narkomaniyanın yayılması ilə bağlı hazırladığı süjetdə yer alan şəxs də var.
O, açıqlamasında bildirib ki, onun narkomanlara böyük hörməti var: "Amma yaxşılarına. Çünki onların arasında yaxşı kişilər var. "Redki" də olsa var. Adam var, ondan uzaqdır, amma min dənə mərdiməzarçılıq edir. Mən insanları yaxşı tanıyıram. Allah bizə o ayıq-sayıqlığı verib. Görürəm bir təhər yanaşırlar narkomanlara. Deyirlər, 313 nəfər gələcək ha, onların arasında narkoman da olacaq. Zato imanlı adamlardır".
Nail Kəmərlinin "bəs narkotik satanlar necə adamlardır" sualına isə saxlanılan şəxs belə cavab verib: "Bax onlar "deşovu" adamlardır. Onlara münasibətim pisdir".
Yayımlanan sujetdə saxlanılan şəxsin müsahibəsini 32 dəqiqə 43-cü saniyədən sonra izləyə bilərsiniz.

Bakıda avtomobil piyadanı vurub
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanıldı
Ağcabədidə maşın dirəyə çırpıldı - 2-si uşaq olmaqla 4 nəfər yaralandı
İlham Əliyev Tom Berendseni qəbul etdi
3 ölkə rəsmisi Tehranda toplaşacaq
İlham Əliyev Avstriya prezidentini təbrik etdi
Berendsen Azərbaycandan Ermənistana gedəcək
Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR