Narkotik dövriyyəsində ittiham olundu: 21 ay sonra bəraət aldı
Külli miqdarda qanunsuz narkotik dövriyyəsində ittiham olunan Bəxtiyar Əliyevə bəraət verilib.
azxeber.com Qafqazinfo-ya istinadən xəbər verir ki, müttəhim Əliyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.
B.Əliyev sərbəst ifadəsində özünü təqsirli bilmədiyini, verilmiş ittihamla əlaqəsiz olduğunu deyib. Bütün şahid ifadələri dinləndikdən, dəlil və sübutlar tədqiq edildikdən sonra müttəhimin günahsız olduğu elan edilib.
Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Bəxtiyar Əliyevə təqsiri sübuta yetirilməməsi əsası ilə bəraət verilib. O, 21 ay sonra məhkəmə zalından birbaşa azadlığa buraxılıb. Həmçinin ona maddi və mənəvi ziyana görə təzminat iddiası qaldırmaq hüququ izah edilib.
Qeyd edək ki, B.Əliyev 2022-ci ilin iyununda Suraxanı rayonunun Əmircan qəsəbəsində saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda qanunsuz narkotik dövriyyəsi) maddəsi ilə ittiham irəli sürülüb.

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"1-ci Ailə Kuboku" baş tutdu - FOTOLAR