Natavandan sərt sözlər: "Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm"
"Bu yaxınlarda oğurluq aşkarladım. Həyatımda böyük hadisə baş verdi. Mənim işim, malımla bağlı... Mənə yaxın olan insanlar məni pula satdılar. Təsadüf nəticəsində aşkarladım. Hamısının üzünə də dedim. İnsanın pərt olması, yerin dibinə girmək istəyi məni pis hala saldı".
Open.az xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "ATVmaqazin onlarla" verilişində deyib. Sənətçi üzləşdiyi xəyanətdən danışıb. Natavan bildirib ki, həmkarlarından biri onun ideyalarını oğurlayıb:
"Kim məni satdısa, onunla bağlı təəccüblənmirəm. Həyatı boyu mənimlə məşğul olub. Ondan hər şey gözləyirəm. Ən axırıncı yollardadır. Çox tanınmış bir Xalq artistidir. Bilmir artıq nə etsin, hər şeyə əl atır ki, ideyalarıma, adamlarıma nail olsun. Bununla hansısa uğuru qazana bilməzsən. Sən o işdən xeyir görməyəcəksən. Burada oğurluq var, sən batdın. Natavanın suduğu günlər keçdi. İndi hamısını adla deyəcəm. Onların həyatı ilə maraqlanmıram. Edirlər, cavab verirəm, oluram aqressiv".
Natavan Elnarə Xəlilovanın "W-trio"nun keçmiş üzvlərini (Xalq artisti Röya Ayxan, natavan Həbibi - red.) yeni açdığı sənət məktəbinə dəvət etməsinə cavab verib. O, Elnarənin istəyini cavabsız qoyacağını etiraf edib: "İstəmirəm... Səmimi, açıq, rahat deyirəm, istəmirəm... Hər kəsin öz işi özünə. Gedin duetinizi oxuyun. Birlikdə işləyin məndən uzaq olun. Münasibətimiz varsa, salamlaşacağıq, yoxdursa uzaq. Elnarə, şərikli iş olmur. Heç kimi dəvət etmə, tək... Özünə güvənin varsa, tək edəcəksən. Onun istedadına bələdəm. İkinci, üçüncü alınmır. Yenidən rəqabət, lazımsız dava-qırğın, çürük söhbətlər olacaq".
Sənətçi Röya ilə bağlı da qalmaqallı açıqlama verib. O, həmkarı və keçmiş rəfiqəsi ilə heç bir halda qarşılaşmaq istəmədiyini söyləyib: "Elnarə ilə münasibətim normaldır. Röya ilə münasibətim yoxdur, olmasını da istəmirəm. Kimin mənimlə problemi varsa, gəlsin söhbətini etsin. Kiminləsə nə işim, nə marağım, nə də dostluq etmək istəyim var. Mənə toxunmasınlar. İmkan verin öz işimlə məşğul olum". /open.az

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq