Natiya Turnava: "Azərbaycan çox vacib iqtisadi tərəfdaşımızdır"
Bizi Azərbaycan ilə təkcə praqmatik iqtisadi münasibətlər bağlamır. Uzun illər ərzində ölkələrimiz aramızda mehriban dostluq əlaqələri olub, strateji tərəfdaşlıq əlaqələrimiz də bu illər ərzində inkişaf edib, daha da möhkəmlənib.
Publika.az xəbər verir ki, bu sözləri Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Natiya Turnava söyləyib.
Onun sözlərinə görə, Azərbaycan Gürcüstanın çox vacib iqtisadi tərəfdaşıdır. Azərbaycan son illər Gürcüstanın bir nömrəli investoru olub. Bu illər ərzində Azərbaycan Gürcüstana 2,6 milyard ABŞ dolları həcmində investisiya qoyub. Maraqlısı odur ki, bu həcmin təxminən yarısı son beş ildə yatırılıb. Bu, sərmayələrin xüsusən artdığını göstərir.
Nazir deyib ki, Azərbaycan Gürcüstanın əsas ticarət tərəfdaşları sırasında ilk onluqdadır. 2020-ci ildə Azərbaycan Gürcüstanın dördüncü, son səkkiz ayda isə beşinci ticarət tərəfdaşı olub. Pandemiyaya baxmayaraq, bu pozitiv dinamikadır. "Lakin bu, kifayət deyil. İqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın iclasında məhz bu məsələyə toxunulub", – deyə nazir vurğulayıb.
N.Turnava deyib ki, Azərbaycan-Gürcüstan Hökumətlərarası İqtisadi Komissiyanın Bakıda keçirilən iclasında iki ölkə arasında ticarət dövriyyəsinin, həmçinin Gürcüstandan Azərbaycana ixrac həcminin artırılması məsələsi müzakirə olunub. Energetika sahəsində münasibətlərin daha da genişləndirilməsi ilə bağlı maraqlı danışıqlar aparılıb.
N.Turnava deyib: "Uzun illərdir Azərbaycan Gürcüstanın qaz və elektrik enerjisi idxalı üzrə bir nömrəli tədarükçüsüdür. Biz həmçinin Qara dənizdə yüksəkgərginlikli sualtı elektrik xətti layihəsi ilə bağlı planlarımız barədə də məlumat verdik. Bu layihə Avropa İttifaqı bazarına çıxışa imkan verəcək. Azərbaycan tərəfinin də bu məsələyə böyük marağı var".
Turlar.az [newsid: 0-123300]

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək