NATO: Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını dəstəkləyirik
Xarici işlər naziri Ceyhun Bayramov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolominanı qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən azxeber.com-a verilən məlumata görə, görüşdə tərəflər Azərbaycan və NATO arasında qarşılıqlı faydalı əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Azərbaycanın NATO ilə qarşılıqlı maraqlar və bərabərhüquqluluq əsasında tərəfdaşlığın davam etdirildiyini qeyd edib, xüsusilə də ölkəmizin Alyansın sülh əməliyyatlarında iştirakı təcrübəsinə istinad edib.
Nazir, bölgədə mövcud olan cari vəziyyət, xüsusilə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar, sülh müqaviləsinin hazırlanması, sərhədin delimitasiyası, bütün kommunikasıyaların açılışı və etimad quruculuğu tədbirləri barədə qarşı tərəfə məlumat verib.
Xüsusi nümayəndə Xavyer Kolomina NATO-nun Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesini dəstəklədiyini qeyd edib.
Turlar.az [newsid: 0-123300]

Gömrüklə bağlı mühüm məqam: Pulu kim verir?
Azərbaycanda investorlar üçün maraq doğuran məqamlar - Prezident açıqladı
Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır
ÜDM-in 70 faizdən çoxu... - Prezident açıqladı
Naxçıvanda DƏHŞƏT: arvadını və baldızını bıçaqladı
"O, hələ də çox təhlükəlidir" - "Sabah"ın futbolçusu
Dünənki məğlubiyyətdən sonra istefa verdi
Bədəniniz necə qocalır? - Bunu müəyyən etmək üçün 4 sadə test
İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi