Naxçıvan Ali Məclisi Prezident İlham Əliyevi təbrik etdi

Naxçıvan Ali Məclisi Prezident İlham Əliyevi təbrik etdi"Naxçıvan Muxtar Respublikası Ali Məclisi və muxtar respublika ictimaiyyəti adından Azərbaycan Respublikasının suverenliyinin bərpa olunması münasibətilə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevi təbrik edirik".
azxeber.com report-a istinadən xəbər verir ki, bu barədə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI (payız) sessiyasının ilk iclasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun müraciətində qeyd edilib.
Bildirilib ki, sentyabrın 19-da Qarabağ iqtisadi rayonunda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri Ermənistanın üçtərəfli bəyanatın şərtlərini pozması, həmçinin, Azərbaycan ərazisində yaratmış olduğu qondarma rejimin ölkəmizə qarşı terror aktları törətməkdə davam etməsi səbəbindən başladı. Ali Baş Komandanın rəhbərliyi, şanlı ordumuzun rəşadəti və peşəkarlığı sayəsində qanunsuz kriminal xunta rejimi tarixin tozlu səhifəsinə atıldı. Azərbaycan suverenliyini tam bərpa etdi. Bununla da "Hər bir müharibənin sonu olmalıdır. Müharibənin sonu isə sülhdür. Amma sülh ədalətli olmalıdır. Bizim üçün sülh o deməkdir ki, Azərbaycanın ərazi bütövlüyü təmin edilməli, erməni silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmalı, respublikamızın suverenliyi, sərhədlərinin toxunulmazlığı təmin olunmalıdır",- deyən Ümummilli Liderimiz Heydər Əliyevin arzusu yerinə yetirildi. Uğurla başa çatan, separatçıları ağ bayraq qaldıraraq təslim olmağa məcbur edən hərbi əməliyyatlar Qarabağda, ümumilikdə bölgədə sülhə, əmin-amanlığa doğru atılmış addımlardır.
"Bütün qeyd olunanlar bir daha göstərir ki, "Heydər Əliyev İli" ölkəmizdə əldə olunmuş iqtisadi göstəricilərinə, sosial-mədəni sahədə qazanılan nailiyyətlərinə görə ən uğurlu il kimi tarixə düşəcək. Muxtar respublikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlərə, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılmasına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığımızı bildirir, Azərbaycan Respublikasının inkişafı və möhkəmlənməsində həyata keçirdiyi çətin, şərəfli dövlət idarəçiliyində uğurlar arzulayırıq", - müraciətdə vurğulanıb.

Siyasi       Tarix: 02 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda Dövlət Bayrağı Günüdür

Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür. xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyin

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Sahibə Qafarova Qazaxıstana səfər edib

Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstana işgüzar səfərə gəlib. Bu barədə Milli Məclisə istinadən xəbər verir. Məlumata görə, Astana şəhərinin Nursultan Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Qazaxıstan Qurultayını

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Vardanyanın arvadı Bakıya gəlmək istəyir

Bakıda həbsdə olan erməni separatçı Ruben Vardanyanın həyat yoldaşı Veronika Zonabend beynəlxalq qadınlardan ibarət humanitar nümayəndə heyətinin Azərbaycana səfəri ilə bağlı açıqlama yayıb. -a istinadən xəbərinə görə,

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Prezident qanuna dəyişiklikləri təsdiqlədi

Azərbaycan Prezidenti İlham Əliyev "Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri"nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb. xəbər verir ki, Milli Məclis tərəfində

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


yeni xeberler son xeberler azerbaycan xeberleri cebheden xeberler xeberler bugun axsam.az xeberler hava