Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Bu tarixdə

Naxçıvana avtomobillə getmək istəyənlərə ŞAD XƏBƏR - Bu tarixdəAzərbaycanda növbədən kənar prezident seçkiləri başa çatdı. Bu yeni mərhələnin başlanması deməkdir. Dünənki seçki zəfər seçkisi olmaqla yanaşı, Azərbaycanın uğurlarının güclənməsinə xidmət edəcək.
Xalqımız bu seçkidə də Qalib xalqın Qalib Prezidentinin yanında olmaqla ölkə rəhbərinin siyasətini və eləcə də Qarabağ daxil olmaqla ölkədə həyata keçirilən quruculuq işlərini fəal şəkildə dəstəklədiyini nümayiş etdirdi.
Cənubi Qafqazda və bütövlükdə regionda yaranmış yeni geosiyasi reallıqlar zaman keçdikcə öz yerini tapmaqdadır. Artıq Zəngəzur dəhlizinin açılmasının zəruriliyi daha güclü şəkildə dərk olunur. Bu da tam təbiidir. Hazırda regional və qlobal miqyasda cərəyan edən proseslərlə əlaqədar olaraq alternativ marşrutlara, o cümlədən də Orta dəhlizə böyük tələbat yaranıb. Azərbaycanın əsas hissəsi ilə blokada şəraitində olan Naxçıvanı birləşdirən Zəngəzur dəhlizi məhz Orta Dəhlizin davamı kimi inkişaf etdirilməlidir.
azxeber.com xəbər verir ki, məsələ ilə bağlı referans.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa deyib ki, bu prezident seçkiləri Azərbaycanda ərazilərimizin bərpa olunmasından sonra keçirilən ilk seçki idi:
"Bu həm də bizim ərazilərimizlə bağlı öhdəliklərimizin davam etməsi deməkdir. 1-ci hədəfdə Zəngəzur dəhlizi, Ermənistanla sülh və bu kimi məsələlər var. Seçkilərdən sonra müəyyən dəyişikliklərin olması gözlənilir. Bu həm də cəmiyyətin tələbidir. Cəmiyyət bu etimadı torpaqları azad eləmiş prezidentə göstərdi.Bu dəfəki insanların etimadı Qarabağla bağlıdır. Ümid edirəm ki, bu istiqamətdə həm Zəngəzur dəhlizi ilə bağlı həm də islahatlarla bağlı ciddi proseslər yaxın zamanda başlayacaqdır.
Politoloq Turan Rzayev isə bildirir ki, Zəngəzur Azərbaycanın tarixi torpağıdır:
"Zəngəzurun Ermənistana verilməsi prosesi də qanunsuz baş veribdir, çünki heç bir referendum keçirilməyib, sadəcə pay kimi ötən əsrdə Ermənistana verilibdir. Təbii ki, mövcud reallıqlar çərçivəsində Zəngəzurun müharibəylə geri alınması mümkün deyil. Zəngəzurun bizə qaytarılması müxtəlif geo-siyasi proseslər fonunda baş verə bilər, amma hal hazırdakı vəziyyət buna uyğun deyil. Cənab prezidentin də dediyi kimi biz Zəngəzura qayıdacayıq, amma top-tüfənglə yox, dinc yolla qayıdacayıq".
Politoloqun sözlərinə görə, Azərbaycan bundan sonra regionda sülhün və əmin-amanlıqın bərqərar olunması istiqamətində işlər görəcək. Azərbaycanın Ermənistanla müharibə kimi bir niyyəti yoxdur. Hətta Fransa və digər Avropa ölkələrində bu yolda mənfi təbliğatlar aparılır. Guya Azərbaycan Ermənistana hücum etməyə hazırlaşır deyilir. Bütün bunların hamısı regionda gərginliyi artırma xarakterli addımlardır.
Turan Rzayev hesab edir ki, Azərbaycan və Ermənistan sülh müqaviləsini imzalayacaq. Ölkə başçısının hazırda qarşısına qoyduğu ən böyük hədəflərdən biri budur.

Sosial       Tarix: 09 fevral 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler xeber cəbhədən ən son xəbər cəbhədən son xəbərlər