Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edildi

Naxçıvanda 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edildiNaxçıvan Muxtar Respublikasında 18 mindən artıq təsərrüfata aid məlumatlar elektron sistemə daxil edilib.
KONKRET.az xəbər verir ki, xəbər verir ki, muxtar respublikanın inzibati ərazi dairələrində hər bir təsərrüfat gəzilərək uçotun aparılmasına və əldə edilən məlumatların elektron informasiya sisteminə işlənməsi istiqamətində tədbirlər davam etdirilir. Ümumilikdə muxtar respublika üzrə bu günə qədər 18 142 təsərrüfatda 63 204 şəxsin məlumatlarının elektron informasiya sisteminə işlənməsi təmin edilib. Bu istiqamətdə işlər hazırda davam etdirilir.
Qeyd edək ki, tətbiq edilən proqram təminatı yerlərdə məlumatlar daxil ediləndən dərhal sonra hər bir yaşayış məntəqəsi üzrə məlumatların ölkənin digər şəhər və rayonları üzrə avtomatik rejimdə müqayisə olunmasına, təkrarçılıq halları varsa, onların aradan qaldırılmasına imkan verəcək.
Xatırladaq ki, yanvarın 6-da Naxçıvan Muxtar Respublikasında ev təsərrüfatları uçotunun aparılması işinin təşkili ilə bağlı müşavirə keçirilib. Müşavirədə təsərrüfatbaşına uçot kitablarının doldurulması işinin təşkili ilə bağlı şəhər, rayon icra hakimiyyətləri qarşısında duran vəzifələr izah olunub, məsul şəxslər təlimatlandırılıb.
Müşavirədə qeyd edilib ki, sözügedən istiqamətdə bəzi zəruri tədbirlərin, müəyyən addımların atılması və layihənin sistemli şəkildə həyata keçirilməsi üçün əlavə tədbirlər görülməlidir. Xüsusilə muxtar respublikada statistika üzrə real göstəricilərin informasiya sistemində öz əksini tapması ilə bağlı qarşıya vəzifələr qoyulub. Azərbaycan Respublikası Prezident Administrasiyasının və Dövlət Statistika Komitəsinin nümayəndələri tərəfindən bununla bağlı əyani izah və tövsiyələr verilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının müəyyən etdiyi istiqamətə uyğun olaraq 28 dekabr 2022-ci il tarixdə Naxçıvanda bununla bağlı müvafiq müşavirə də keçirilib, Mərkəzi Qərargah yaradılıb, Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planına uyğun olaraq yerlərdə icra hakimiyyətləri başçılarının rəhbərliyi ilə 8 yerli qərargah fəaliyyət göstərir. Yanvarın 10-dan başlayaraq qərargahlar təsərrüfatbaşına uçot işinin təşkili üzrə məlumatların dürüstləşdirilməsinə və informasiya sisteminə işlənməsinə başlayıb. Hazırda muxtar respublikanın şəhər və rayonlarında bu istiqamətdə işlər davam etdirilir./report

Sosial       Tarix: 22 yanvar 2023
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Öz xəyallarında yaratdıqları Atatürk obrazı ilə... - Ərdoğan

Mustafa Kamal Atatürkün mirasından sui-istifadə edənlər onilliklər ərzində bu millətə yuxarıdan aşağı baxdılar. Qazinin fikirlərini öz siyasi məqsədlərinə uyğunlaşdırmaq üçün təhrif edərək, bu millətə ən böyük ziyanı vurdular

Bank əməkdaşı futbol oynayarkən qəfil öldü

Şuşa şəhərindən məcburi köçkün olan və Bakı şəhərində müvəqqəti məskunlaşan "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı, 40 yaşlı Yasən Tərxan oğlu Məmmədov vəfat edib. Yasən Məmmədov futbol oynayarkən ürə

Sabiq vəzifəli şəxs vəfat etdi

Şəmkir Rayon İcra Hakimiyyətinin sabiq vəzifəli şəxsi vəfat edib. -a istinadən xəbər verir ki, qurumda birinci müavin vəzifəsində çalışmış Tariyel Çoban oğlu Məmmədov dünyasını dəyişib. Qeyd edək ki, T.Məmmədov 1994-cü ildə

Kassaya çatana qədər cibimizə girirlər: Marketlərdəki tələ

"Pərakəndə satışda müştərinin alış qərarına birbaşa təsir edən və onları alış-verişə təhrik edən əsas vitrin zonaları mövcuddur. Bu zonalar düzgün planlaşdırıldıqda mağazanın dövriyyəsini və orta səbət məbləğini əhəmiyyətl

Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü

17 yaşlı Zeynəb Xudiyeva qəfil ürək çatışmazlığından vəfat edib. -a istinadən xəbər verir ki, Zeynəb 8 il əvvəl anasını, üç ay əvvəl isə atasını itirib. Valideynlərinin vəfatından sonra qohumlarının himayəsində yaşayan gən

Dəm qazı can aldı

Gəncə şəhərində iki nəfər dəm qazından boğulub. Hadisə noyabrın 11-də qeydə alınıb. 1972-ci il təvəllüdlü İsgəndər Hacıyev və dostu 1987-ci il təvəllüdlü Tural Məmmədov kirayədə yaşadıqları H.Əliyev prospektində yerləşə

İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi

Azərbaycan vətəndaşı Rusiyada qəfil vəfat edib. -a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kənd sakini Rahil Həsənov Moskva şəhərində qəfil dünyasını dəyişib. İlkin məlumata görə

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb

Gəncədə evdə iki nəfərin meyiti aşkarlanıb. "Report"-a istinadən xəbər verir ki, hadisə şəhərin Dəmir Yolu Vağzalı yaxınlığında olan binalardan birində qeydə alınıb. Meyitlər Məhkəmə Tibbi Ekspertiza və Patoloj

Təbii qaz bahalaşdı - Yeni qiymətlər

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkaları bahalaşıb. milliaz-a istinadən xəbər verir ki, əmtəə bazarlarında təbii qazın fyuçersləri 1 mln. BTU-ya görə (British thermal unit – Britaniy


yeni xeberler azerbaycan xeberleri son xeberler en son xeberleri dunya xeberleri xeberler az son xeberler 2026