Naxçıvanda əmək haqqları artırıldı

Naxçıvanda əmək haqqları artırıldıNaxçıvanda bir sıra sahələrdə əməkhaqqı artırılıb, ştat cədvəlləri yenilənib.
azxeber.com APA-ya istinadən xəbər verir ki, bu, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarlarında əksini tapıb.
Nazirlər Kabinetinin 2023-cü il 25 yanvar tarixli Qərarı ilə "Dövlət büdcəsindən maliyyələşən və bir sıra təşkilatların işçilərinin aylıq vəzifə maaşları sxemləri təsdiq edilib. Adıçəkilən Qərara görə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin, Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin, Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin "Naxçıvan Mətbəxi" Kulinariya Mərkəzinin, "Naxçıvan Muxtar Respublikasının dövlət arxivi və rayon (şəhər) dövlət arxivlərinin, "Naxçıvan Dövlət Film Fondunun, "Naxçıvan Muxtar Respublikası Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin" əməkdaşlarının, "İcra hakimiyyəti orqanlarının nəzdində mərkəzləşdirilmiş mühasibatlıq işçilərinin" əmək haqları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 16 yanvar tarixli Qərarına uyğun olaraq artırılıb.
Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Batabat Astrofizika Rəsədxanası Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi üçün Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2023-cü il 18 yanvar tarixli Qərarı ilə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Aparatının və tabeliyində olan qurumların ştat cədvəlləri və strukturu yenidən təsdiq edilib.
Həmçinin Nazirlər Kabinetinin 2023-cü il 19 yanvar tarixli Qərarı ilə "Rayon (şəhər) qəzetlərinin ştat cədvəli"nin təsdiq edilməsi haqqında" Qərarında dəyişiklik edilib. Dəyişikliyə görə bundan sonra şəhər və rayon icra hakimiyyəti orqanı olan qəzetlərin ştat cədvəlləri Naxçıvan şəhər və rayon icra hakimiyyətləri tərəfindən təsdiqlənəcək. Nazirlər Kabinetinin 2023-cü il 23 yanvar tarixli Qərarı ilə "Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların ştat cədvəllərinin təsdiq edilməsi haqqında" və "Xüsusi qaydada fəaliyyət göstərən notariat ofisləri işçilərinin əmək haqlarının müəyyən edilməsi barədə" qərarlarında
dəyişiklik edilərək, xüsusi qaydada fəaliyyət göstərən notariat ofislərinin ştat cədvəli və işçilərin aylıq vəzifə maaşlarının müəyyən edilməsi Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmaqla müvafiq qurumlar tərəfindən həyata keçiriləcək.

Sosial       Tarix: 01 fevral 2023
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind


son xeberler azerbaycan xeberleri yeni xeberler maliyye xeberler bugun hava proqnozu son.xeber xeber az