Nazənindən Təranə Qumrala məsləhət: "52 min manatlıq saatını satıb maşın alsın

Nazənindən Təranə Qumrala məsləhət: Nazənindən Təranə Qumrala məsləhət: "52 min manatlıq saatını satıb maşın alsın"
"Mən şişirdilmiş qiymət deməyəcəyəm. Təəssüflər olsun ki, verilişə gələn digər həmkarlarım geyindikləri geyim, taxdıqları aksesuarların qiymətini şişirdilmiş şəkildə deyirlər".
Axsam.az xəbər verir ki, bu sözləri müğənni Nazənin Salayeva verilişlərin birində qonaq olarkən deyib. O, geyimlərinin qiymətinin süni şəkildə artıran həmkarlarını tənqid edib:
"Biri deyir ki, saatımın və üzüyümün qiyməti 52 min manatdır. Amma sürdükləri avtomobillərinin qiyməti 15-20 mindir. Həyatda beş gün yaşayırıq. Normal müğənnidirlər, insan arasına çıxırlar, o 52 min manata dediyi saatı satıb özlərinə yaxşı avtomobil alsınlar. Əyləşib maşına həyatlarının kefini çəksinlər. Qonşudan, rəfiqələrindən alırlar, mağazadan kirayə götürürlər. Əziz tamaşaçılar, onların elədikləri sizə görə deyil, bəzi digər müğənnilərə acıq vermək üçündür. Siz bunu özünüzə götürməyin. Buna görə heç də əsəbləriniz korlanmasın.
Keçən səfər bir məclisdə idim. Xanımlar yaxınlaşdılar söylədilər ki, məşhurların efirə çıxıb geyimlərinin qiymətlərini söyləməsi düzgün deyil. İndi həmin müğənnilərə resept versələr ki, gedin bu dərmanı imkansız şəxsə almaq lazımdır, onu almamaq üçün 50 bəhanə gətirəcəklər. Amma burada həqiqətən də şişirdilmiş qiymətlər deyilir. Axı bu göstərişlər nəyə lazımdır? Bu kimi şeyləri demək Allaha da xoş getmir. İnsanın adamlığı vicdanı, əxlaqı, yaşayışı gərək bahalı olsun. Qalanları boş şeylərdir. Belə şeylər efirdə danışıb insanları aldatmaq, ələ salmaq deməkdir".
Xatırladaq ki, sözügedən verilişdə daha əvvəl Nazəninin qalmaqal yaşadığı müğənni Təranə Qumral qonaq olaraq ümumilikdə proqrama gəlmək üçün 52 min manat xərclədiyini açıqlamışdı.
Qeyd edək ki, Nazəninlə Təranə Qumral arasında qalmaqal illər əvvəl televiziya verilişlərinin birində başlamışdı. Tərəflər bir-birinin ünvanına təhqiramiz sözlər işlətmişdilər. T.Qumral Nazənini onun həyat yoldaşı Musa Musayevlə sevgili olmaqda günahlandırmışdı. / oxu.az

Şou Biznes       Tarix: 12 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Müğənni həbsxanaya göndərildi

Türkiyədə məşhur müğənni Nil Özalpla bağlı gözlənilməz qərar verilib. İstanbulda aparılan genişmiqyaslı fond istintaqı çərçivəsində saxlanılan 20 nəfərin hamısı məhkəmə qərarı ilə həbs edilib. Onların arasında Nil Özalp d

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Məleykə Əsədovanın bacısı qızı İranda vəfat etdi - Fotolar

Xalq artisti Məleykə Əsədovanın ailəsinə ağır itki üz verib. "Qafqazinfo"ya istinadən verdiyi məlumatına görə, sənətçinin bacısı qızı Mina ötən gün İranda ağır xəstəlikdən vəfat edib. Üç qız anası olan 29 yaşl

"İflic olacağam və yataqda qalacağam

Rusiyalı müğənni Andrey Qubin gələcəyi ilə bağlı narahatlığını dilə gətirib. 52 yaşlı sənətçi uzun müddətdir qənaətlə yaşadığını və qocalığı üçün pul topladığını bildirib. Bu barədə "5-ci kanal" məlumat yayıb. "Qocalığı

Ferhat Göçer Bakıda konsert verəcək

Hər zaman fərqli, maraqlı və rəngarəng layihələri ilə seçilən tanınmış təşkilatçı Eyyub Hüseynzadə bu dəfə də musiqisevərlərə unudulmaz gecə yaşatmağa hazırlaşır. xəbər verir ki, onun təşkilatçılığı ilə Türkiyənin sevilə

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Süni tənəffüs aparatına qoşuldu

Uzun müddətdir mədəaltı vəzi xərçəngi ilə mübarizə aparan 67 yaşlı türkiyəli musiqiçi Soner Olgun yenidən xəstəxanaya yerləşdirilib. Vəziyyəti ağırlaşan sənətçi süni tənəffüs aparatına qoşulub. Qeyd edək ki, Olgun ötən a

Məşhur aktrisa ilə bağlı araşdırma başladıldı

Türkiyəli aktrisa Berna Laçin barəsində "xalqı kin və düşmənçiliyə təhrik və ya aşağılama" maddəsi ilə araşdırma başladılıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara Respublika Baş Prokurorluğu aktrisanı

Rihanna övladları ilə - Fotolar

Məşhur müğənni Rihanna bir reklam çəkilişi üçün övladları ilə birlikdə eyni tərzdə geyinərək kamera qarşısına keçib. Müğənni həmin fotoşəkilləri özünün "Instagram" səhifəsində paylaşıb. Onlar "Savage X Fenty"


azerbaycan xeberleri son xeberler yeni xeberler krminal bu gun maliyye xeberler bugun iqtisadiyyat xeberleri bugun meherremlik 2026