Nazir: 516 manat pensiyaya az demək olmaz
Mütləq rəqəmlərimiz az deyil, sadəcə ürəyimiz istəyən səviyyədə deyil. 516 manat pensiyaya az demək olmaz.
Bunu Milli Məclisin Əmək və sosial siyasət və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin birgə iclasında "Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin zərfi"nin müzakirəsi zamanı əmək və sosial müdafiə naziri Sahil Babayev deyib.
Nazir bildirib ki, regionumuza görə pensiyanın tam az olduğunu demək olmaz: "Median əməkhaqqı son 4 ildə 2,4 dəfə, median pensiya 2,5 dəfə artıb. Növbəti il indeksasiya baş verəndə median pensiyamız 10% artacaq. Bu da baza ilə müqayisədə ciddi şəkildə artım deməkdir. 5 il əvvəl orta pensiya 227 manat ətrafında idi, artıq 516 manata gəlib çatıb. Bu gün pensiya əməkhaqqından daha sürətlə artır. Çünki dövlət böyük sosial yükü öz üzərinə götürüb. Orta pensiyanın orta əməkhaqqına nisbəti məsələsi var. Minimum əməkhaqqının orta əməkhaqqına nisbəti 60% tövsiyə edilir. Amma Avropada cəmi 4-5 ölkədə bu nisbətə çatılır. Bizdə bu rəqəm 45-40 % ətrafındadır. Biz minimum əməkhaqqını artırmalıyıq. Bunun üçün iş gedir. Sadəcə, bu, elə həddə çatdırılmalıdır ki, özəl sektor üçün gücə çevrilməsin. Gücə çevriləndə onlarda qeyri-formallaşmaya meyillənmə yaranır. Hazırda bu istiqamətdə təhlillər aparılır. Növbəti dövrlərdə bu addımlar atılacaq".
///APA / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır