Nazir müavini: 'AZAL-ın qiymətləri yüksək deyil
"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) biletlərinin həddindən artıq baha olması barədə təəssürat yaranıb, lakin qiymətlər yüksək deyil.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında "Aviasiya haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.
"Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Aviasiya sahəsində qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması və saxlanılması xərcləri, eləcə də digər amillər təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır, dünya qiymətləri ilə alır. Bu il dövlət büdcəsindən aviaşirkətə vəsait daxil olmayıb. Düzdür, əvvəlki illərdə olub, indi isə AZAL özü xərclərini qarşılamalıdır. Bundan əlavə təyyarələrin dəyişdirilməsinə start verilib. Üstəlik kadr hazırlığı məsələsi var. Qətiyyən demək istəmirəm ki, qiymət olduğu kimi qalacaq. ", - deyə nazir müavini vurğulayıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Hikmət Hacıyev Ermənistana necə gedib? - İrəvan AÇIQLADI
İlham Əliyev Donald Trampı təbrik edib
Bu yazını ürək xəstələri oxusun
İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik etdi
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım edildi - Foto
Şuşa Bəyannaməsinin imzalanmasından 5 il ötür
İranın Təhlükəsizlik Şurasının iclası keçirilir
Azərbaycanda Milli Qurtuluş Günüdür
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
FHN Ağdamda baş verən yanğınla bağlı məlumat yaydı
Ağdamda qeyri-adi hadisə - FOTO
Tovuzdakı qəzada həyatını itirən qazinin - Fotosu
Bakıda stadionda 11 yaşlı uşağın başına iş gəldi - XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Gürcüstanda oxumaq üçün qaydalar dəyişir
Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi