Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır - Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələri

Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır - Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələriAzərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən gənclər təşkilatlarının fəaliyyətlərinin dəstəklənməsi məqsədi ilə 2024-cü il üzrə elan edilmiş qrant müsabiqəsinin qalibləri elan edilib.
azxeber.com xəbər verir ki, müsabiqənin ekspert komissiyasının qərarına əsasən gənclər sahəsində fəaliyyət göstərən 75 QHT-nin 9 istiqamət və 31 mövzu üzrə layihə təklifinin dəstəklənməsi təsdiq edilib.
Ancaq müsabiqənin ekspert komissiyasının kimlərdən ibarət olduğu açıqlanmayıb. Onların hansı kriteriyalar ilə layihələrə səs verdiyi də bəlli deyil.
Nazirliyini yaydığı press-relizdə neçə təşkilatın müsabiqədə iştirak etdiyi də qeyd edilməyib. 
Burada daha bir diqqətçəkən məqam isə müsabiqə nəticələrinin rəsmi elanda göstəriləndən 4 ay sonra açıqlanmasıdır.
Belə ki, AGİN müsabiqə ilə bağlı rəsmi elanında müsabiqənin nəticələrinin 2024-cü ilin aprel ayında elan olunacağını bildirmişdi. Ancaq nəticələr bu tarixdən düz 4 ay 1 gün sonra açıqlandı.
Nazir olimpiadanı izləyir, işçiləri tələsik adlar açıqlayır - Gənclər və İdman Nazirliyindəki müəmmalı qrant nəticələriBu gecikmədə diqqətçəkən məqamlardan biri də nəticələrin Paris-2024 Olimpiya Oyunları zamanı açıqlanmasıdır.
Məlumdur ki, Azərbaycan idman ictimaiyyəti və nazir Fərid Qayıbov bütün diqqətini hazırda Parisdə baş tutan Olimpiya Oyunlarına yönəldib və nazir demək olar ki, hər yarışda idmançılarımızın yanındadır.
Bu gün həm də Azərbaycan beynəlxalq arenada tarixi uğura imza atıb. Belə ki, Beynəlxalq Olimpiya Komitəsi açılış mərasimində Fransa televiziyasının təxribatına görə rəsmi şəkildə Azərbaycandan üzr istəyib və eyni zamanda tarixdə ilk dəfə olaraq bir idman növündə 2 qızıl medal qazanmışıq.
Bu ərəfədə nazirliyin gənclər siyasətinə məsul olan şəxslər isə tez-tələsik gənclər təşkilatları üçün nəticələri açıqlayaraq diqqəti özlərindən yayındırmağa və naziri hədəfə gətirməyə çalışırlar. Çünki məlumdur ki, müsabiqədə qrant almayan təşkilatlar haqlı və ya haqsız olmasından asılı olmayaraq nəticədən narazı qalırlar və hədəfdə birbaşa nazir olur.
Demək ki, AGİN daxilində kimlərsə bu məsələdə maraqlıdır və bu cür addımlarla hədəfi nazirə çevirmək istəyirlər.
Belə olmasaydı, 4 ay gecikən nəticələri daha 10 gün gözləyib açıqlamaq olardı. 
Bu yerdə qeyd edək ki, qalib  olan bəzi QHT-lərlə bağlı kiçik araşdırmamız nəticəsində məlum oldu ki, onların adı heç dünyanın ən məşhur axtarış platforması "google"də uğurlu layihə edən təşkilat kimi ortaya çıxmır. 
Nazirliyin gənclər siyasətinə məsul olan şəxslər onları hansı əsasla qalib seçib?
Mövzuya yenidən qayıdacağıq və adları məşhur olmayan QHT-lərin layihələri və kimlərə məxsus olmaları haqda ətraflı məlumat verəcəyik.

Sosial       Tarix: 03 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

4 min illik xəstəlik yenidən baş qaldırdı – Azərbaycanda da qeydə alınıb

Dünyanın ən qədim yoluxucu xəstəliklərindən biri hesab olunan cüzam – Hansen xəstəliyi ABŞ-də yenidən diqqət mərkəzinə düşüb. Florida ştatında 2026-cı ilin ilk aylarında 19 yeni yoluxma faktının qeydə alınması narahatlı

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbər axsam az xeberler novruz bayramı xeber.az bu gun