Nazirlik ali məktəblərin təhsil haqqının birdəfəyə ödənilməsi tələbinə münasibət bildirib
"Ali təhsil müəssisələrinin çoxu tələb edir ki, təhsil haqqı birdəfəyə ödənilsin".
azxeber.com xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil komitəsinin bu gün keçirilən iclasında "Təhsil haqqında" qanuna dəyişikliyin müzakirəsi zamanı Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Yaqub Piriyev deyib.
O bildirib ki, Elm və Təhsil Nazirliyinin Kollegiyasının təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı qərarı var: "Amma bu, bizdən asılı deyil, bu, universitetlərin rəhbərliyindən asılıdır".
Yaqub Piriyev tələbə kreditinin tətbiq edildiyini xatırladıb: "Bu, sosial kreditlərdir. Bu krediti götürməyə çəkinirlər. Başa düşmürlər ki, bu sosial kreditlərdir, faiz tutulmur. Hətta bəlkə dövlət başçısı bunu nə vaxtsa bağışlayacaq, bu ödənişi tələb etməyəcək".
Qeyd edək ki, iclasda deputat Kamilə Əliyeva ali təhsil müəssisələrinə pullu ixtisaslara qəbul olan tələbələrin təhsil haqqını ödəyə bilməməsi ilə bağlı problemi qaldırıb.
Kurslar.az kurslar [newsid: 0-123300]

Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
Oyuncaq setində Azərbaycan və Ermənistan bayrağı - Foto
Ərdoğan Prezident Sarayında ölkəmizin Türkiyədəki səfirini qəbul edib
Levon Köçəryan: "Paşinyan səhvlərinə bəraət qazanmaq üçün süni qorxular yaradır"
Peskov: Rusiya Ukraynada müharibəyə başlamayıb, əksinə, onu bitirməyə çalışır
Levon Köçəryan: Bu, Nikol Paşinyanın növbəti "patoloji yalanı"dır
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Ağır qəza nəticəsində 5 nəfər yanaraq öldü
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var