Nazirlikdən erməni əsilli idmançının təxribatı ilə bağlı BƏYANAT
Gənclər və İdman Nazirliyi, həmçinin, Azərbaycan Tennis Federasiyası "Böyük dəbilqə" seriyalı "Australia Open" tennis turnirində keçirilən oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanovun təxribatı ilə bağlı Rusiyanın müvafiq qurumlarına, Beynəlxalq Tennis Federasiyasına və "Australia Open" tennis turnirinin təşkilatçılarına müvafiq müraciətlər ünvanlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyinin bəyanatında bildirib.
Qeyd olunub ki, təxribatçı addımlara görə, tennisçinin cəzalandırılması və belə bir halın təkrarlanmasına yol verilməməsi tələb edilib:
"Hazırda davam edən "Böyük dəbilqə" seriyalı "Australia Open" tennis turniri çərçivəsində 20 yanvar 2023-cü il tarixində baş tutan oyun zamanı erməni əsilli Rusiya idmançısı Karen Xaçanov rəqibinə qalib gəldikdən sonra idmançı adına yaraşmayan, Beynəlxalq Tennis Federasiyasının və hazırda iştirak etdiyi turnirin davranış qaydalarına zidd olan təxribat törədib və beynəlxalq turnirlərdə çıxış edən tennisçilərə məxsus bir ənənəni siyasiləşdirməyə cəhd edib. Eyni hal idmançı tərəfindən turnirin növbəti mərhələsi çərçivəsində baş tutan oyundan sonra da təkrarlanıb".
Bəyanatda əlavə olunub ki, Rusiyanın müvafiq qurumları tərəfindən məsələnin araşdırılacağı və idmançıya müvafiq xəbərdarlığın olunacağı vəd edilib.
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
İşləmək üçün Rusiyaya gedən Azərbaycan vətəndaşı qəfil vəfat etdi
Azərbaycanda Dövlət Bayrağı Günüdür