Nə suçiçəyidir, nə də koronavirus - Dünyada sürətlə yayılan meymunçiçəyinə kimlər yoluxa bilərlər?

Nə suçiçəyidir, nə də koronavirus - Dünyada sürətlə yayılan meymunçiçəyinə kimlər yoluxa bilərlər?Meymunçiçəyi xəstəliyi dünyada yenidən tüğyan edir və qonşu ölkələrdə də müşahidə olunub. Rusiyada bu xəstəliyə iki nəfər yoluxub. Xatırladaq ki, meymunçiçəyi xəstəliyi dünyada 2022-ci ildən yayılıb. Bu dövr ərzində Azərbaycanda yoluxma halları qeydə alınmayıb. Ümumilikdə isə dünyada 167 ölüm hadisəsi baş verib. Hazırda dünya ölkələri yenidən həyəcan təbili çalırlar.
Bəs Azərbaycan üçün meymunçiçəyi nə qədər risklidir? Qonşularımızdakı təhlükə ölkəmizə də gələ bilərmi? Özümüzü bu bəladan necə qoruyaq?
KONKRET.az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirir ki, virusun ötürülməsi xəstə heyvan, insan və ya virusla çirklənmiş materiallarla təmas yolu ilə baş verir: "Viruslar bədənə zədələnmiş dəri, nəfəs yolları və ya selikli qişalarla (ağız, burun, göz) daxil olur. Heyvandan insana ötürülmə dişləmə, cırmaqlama, ov ətinin yeyilməsi, bədən mayeləri ilə birbaşa və yara materialları ilə dolayı yolla baş verir. İnsandan insana ötürülmənin ilk növbədə iri respirator damcılarla baş verdiyi düşünülür. Yoluxma üçün uzunmüddətli və sıx təmas olmalıdır".

O, xəstəliyin gizli dövrünün adətən 5-21 gün olduğunu və ilkin dövrdə qızdırma, baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrıları, kataral və mədə-bağırsaq əlamətləri müşahidə olunduğunu bildirib. Qızdırmadan 1-3 gün sonra xarakterik qovucuqlu səpgilər yaranır. Əsas risk qrupları hamilə qadınlar və immundefisitli şəxslərdir. İnfeksiyanın profilaktikası gigiyenik qaydalara əməl olunması və vaksinasiya tədbirlərindən ibarətdir.
Nazirliyin rəsmisi bildirib ki, ölkəmizdə bu infeksiyaya yoluxma halları qeydə alınmayıb. İnfeksiyanın yayılmaması məqsədilə ilkin profilaktik tədbirlər aidiyyəti qurumlar tərəfindən icra olunur. Ölkəmizə meymunçiçəyi virusunun laborator müayinəsi üçün testlər və xəstəliyə qarşı dərman preparatları gətirilib. Meymunçiçəyi virusuna qarşı vaksinə gəldikdə, vaksinlər az miqdarda istehsal olunur və yalnız endemik ölkələrə paylanılır.
İnfeksionist Vasif Əliyev isə qeyd edib ki, xəstəlik qlobal xarakter daşıdığından bütün ölkələr təhlükə altındadır. "Meymunçiçəyi Afrikada artıq iki ildir mövcuddur və 2022-ci ildən etibarən digər dövlətlərdə də yoluxmalar müşahidə edilir. Bu səbəbdən Azərbaycan da risk qrupuna daxildir" , – deyə V.Əliyev əlavə edib.

V.Əliyev meymunçiçəyini digər xəstəliklərlə müqayisə edərək bildirib: "Meymunçiçəyi xəstəliyinin əlamətləri vezikulyar səpkilərdir. Hansı ki, bu səpkilər suçiçəyinə bənzəyir. Amma ondan ölçü cəhətdən daha böyük olur. Həmçinin yerləşdiyi yer də fərqlidir. Daha çox ətraflarda, qollarda, ayaqlarda, üzdə görülür. Gövdədə o qədər də olmur. Eyni zamanda əl və ayaq içlərində, ovucda bu cür yaralar görülə bilir. Bu xəstəlikdə də yüksək hərarət olur. Amma koronavirusdan fərqlənir. Çünki koronavirus daha çox tənəffüs yollarından keçirdi. Meymunçiçəyində isə dəri səpkiləri olur. Oxşar xüsusiyyətləri isə insandan insana keçməsidir. Meymunçiçəyi siçan və sincablardan da insana yoluxa bilir".
İnfeksionistin fikrincə, bu xəstəlikdən çiçək peyvəndi ilə qorunmaq olardı, lakin insanlar peyvənd olunmurlar: "Konqodan verilən statistikaya görə, bu xəstəlikdən ölüm riski beş faizdir. Daha əvvəl çiçək peyvəndi olunmuş şəxslər 85 faiz ehtimalla bu xəstəliyə qarşı da qorunmuş olur. Çünki meymunçiçəyi də həmin xəstəliklər ailəsinə daxildir. Sadəcə, burada bir məqam var ki, 1980-ci illərdən bəri çiçək virusuna qarşı peyvəndləmə aparılmır. O baxımdan həmin ildən sonrakı nəslin nümayəndələri risk qrupuna daxildir. Xüsusilə də azyaşlı uşaqlar və xroniki xəstəliyi olan insanlar bu xəstəliyi daha ağır formada keçirə bilərlər. Ağırlaşmalar və ölüm səbəbləri pnevmoniya, sepsis, ensefalit, görmənin zəifləməsi mümkündür".
Həkim vətəndaşlara tövsiyələrini də verib: "Suçiçəyi səpkilərinə bənzər səpkiləri, hərarəti olan, xüsusilə də səyahət etmiş insanlar mütləq şəkildə həkim müayinəsində olmalıdırlar. Meymunçiçəyi xəstəliyindən şübhələnilirsə, ilk olaraq test aparılmalı, xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnoz qoyulduqdan sonra həmin şəxsin digər insanlarla təmasının qarşısı alınmalıdır. Risklərdən qorunmaq üçün təmas lokallaşdırılmalıdır. Yəni, xəstə izolyasiya olunmalıdır".

Sağlamlıq       Tarix: 25 avqust 2024
f Paylaş

Oxşar xəbərlər

Samuxda kütləvi zəhərlənmə

Samux rayonunda qidadan kütləvi zəhərlənmə hadisəsi baş verib. teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. İlkin məlumata əsasən, zəhərlənmə əlamətləri ilə beş nəfər Gəncədə Abbas Səhhə

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Məktəblərdə "svinka" yayılıb? - NAZİRLİKDƏN AÇIQLAMA

"Azərbaycanda məktəblilər arasında ayrı-ayrı yoluxma faktları nadir hallarda qeydə alınsa da, hər hansı infeksiyanın, o cümlədən ictimaiyyət arasında "svinka" kimi tanınan epidemik parotit xəstəliyinin kütləv

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

Yayda çimməyin ölümcül riskləri barədə XƏBƏRDARLIQ

"İsti avqust sularında bakteriya və göbələklər sürətlə çoxalır. Qulaq kanalında qalan su isə infeksiyaların yaranması üçün əlverişli şərait yarada bilər". -a istinadən xəbər verir ki, bu barədə rusiyalı infeksionis

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Qəfil görünən damarlar hansı xəstəliklərin xəbərçisi ola bilər?

Əllərdə, ayaqlarda və ya sinə nahiyəsində damarların əvvəlkindən daha çox görünməyə başladığını hiss etmisiniz? Bir çox insan üçün bu, xüsusilə dəyişiklik qəfil olubsa, narahatlıq yaradır. -a istinadla xəbər verir ki, əksə


son xeberler azerbaycan xeberleri yeni xeberler şou biznes xəbərləri cəbhədən yeni xəbərlər iqtisadiyyat xeberleri bugun xeber.az