On minlərlə insan küçələrə axışdı, polis gözyaşardıcı qazdan istifadə etdi - Bu ölkədə 

On minlərlə insan küçələrə axışdı, polis gözyaşardıcı qazdan istifadə etdi - Bu ölkədə Serbiyanın paytaxtı Belqradda prezident Aleksandr Vuçiç hakimiyyətinə qarşı on minlərlə insanın iştirakı ilə növbəti irimiqyaslı etiraz aksiyası keçirilib. Ölkədə fəaliyyət göstərən tələbə hərəkatının rəhbərliyi ilə təşkil olunan nümayişlər gərgin qarşıdurmalarla müşayiət olunub.
KONKRET.azxəbər verir ki, "Reuters" agentliyinin yaydığı məlumata görə, aksiyalar "Tələbələr qalib gəlir" ("Students win") şüarı altında baş tutub. Paytaxtın mərkəzi Slavija meydanına toplaşan nümayişçilər mövcud iqtidarı korrupsiyada, qanunun aliliyini pozmaqda ittiham edərək köklü sistem dəyişiklikləri və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb ediblər.
Aksiyanın son saatlarında vəziyyət kəskinləşib və nümayişçilərlə təhlükəsizlik qüvvələri arasında ciddi qarşıdurmalar qeydə alınıb. Şəhər meriyası və prezident iqamətgahı yaxınlığında radikal qruplar polis kordonlarına daş, şüşə və pirotexniki vasitələr atıb, küçələrdəki zibil qutularını yandırıblar. Cavab olaraq xüsusi təyinatlı polis qüvvələri etirazçıları dağıtmaq üçün gözyaşardıcı qaz (bibər qazı) və səs qumbaralarından istifadə edib. Serbiyanın Daxili İşlər naziri İvitsa Daçiç toqquşmalar zamanı 23 nəfərin saxlanıldığını, bir neçə polis əməkdaşının isə xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, bu kütləvi hərəkat 2024-cü ilin noyabrında Novi Sad şəhərində dəmir yolu vağzalının beton talvarının uçması və 16 nəfərin ölümü ilə nəticələnən faciədən sonra başlayıb. Prezident Vuçiç etirazları yatırmaq məqsədilə bu ilin payızında (sentyabr-noyabr ayları arasında) növbədənkənar seçkilərin keçirilə biləcəyini bəyan etsə də, müxalif qüvvələr və tələbə qrupları aksiyaların miqyasını daha da genişləndirməkdə qərarlıdırlar.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 25 may 2026
f Paylaş

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub

Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) arasında əməkdaşlıq müzakirə olunub. xəbər verir ki, bu barədə Azərbaycanın Macarıstandakı səfirliyinin "X" sosial şəbəkə hesabında məlumat paylaşılıb

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


son xeberler yeni xeberler azerbaycan xeberleri ən son xəbərlər bugün krimnal bugun cəbhədən ən son xəbər bugunun xeberleri