Xankəndindəki partlayış işi böyüyür – Şahramanyanın telefonu müsadirə edildi

Xankəndindəki partlayış işi böyüyür – Şahramanyanın telefonu müsadirə edildiXankəndində 2023-cü ilin sentyabrında baş vermiş dəhşətli yanacaq anbarı partlayışı ilə bağlı istintaq yenidən genişlənib.
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Ermənistanın keçmiş qondarma "Dağlıq Qarabağ" rejiminin sonuncu rəhbəri Samvel Şahramanyanın telefonu istintaq orqanları tərəfindən müsadirə olunub.
Məlumata görə, bu barədə Şahramanyanın vəkili Roman Yeritsyan açıqlama verib. O bildirib ki, Şahramanyan Ermənistan İstintaq Komitəsinə çağırılıb və ona mobil telefonunun götürülməsi ilə bağlı order təqdim olunub.
Vəkilin sözlərinə görə, telefonun müsadirəsi birbaşa 2023-cü il sentyabrın 24-də Xankəndi yaxınlığında yerləşən yanacaq anbarında baş vermiş partlayış işi ilə əlaqələndirilir.
Həmin hadisə Qarabağ ermənilərinin bölgəni tərk etdiyi günlərdə baş vermiş və kütləvi qırğına çevrilmişdi. Xankəndi yaxınlığındakı yanacaq anbarında yüzlərlə insan avtomobillərinə benzin almaq üçün növbədə gözləyərkən güclü partlayış baş vermişdi. Partlayış nəticəsində azı 170-dən çox insan həlak olmuş, yüzlərlə nəfər müxtəlif dərəcəli yanıq və xəsarətlər almışdı. Bir çox şəxsin taleyi isə uzun müddət naməlum qalmışdı.
Erməni mənbələrinin məlumatına görə, hadisə zamanı insanlar bölgədən çıxmaq üçün yanacaq toplamağa çalışırdı. Güclü alov qısa müddətdə bütün əraziyə yayılmış, partlayış yerində xaos yaranmışdı. Ermənistan hökuməti həmin faciəni ölkə tarixinin ən ağır humanitar hadisələrindən biri kimi qiymətləndirmişdi.
İndi isə istintaq həmin partlayışın bütün detalları üzrə araşdırmaları davam etdirir. Ermənistan hüquq-mühafizə orqanlarının diqqəti o dövrdə qondarma rejim rəhbərliyində təmsil olunan şəxslərə yönəlib.
Roman Yeritsyan bildirib ki, İrəvandakı qondarma "Artsax nümayəndəliyi"nin binasının mülkiyyət hüququndan məhrum edilməsi ilə bağlı Baş Prokurorluğun iddiası üzrə də hələ yekun qərar qəbul edilməyib.
Vəkil əlavə edib ki, müxtəlif ittihamlarla Qarabağ ermənilərinə qarşı yüzlərlə cinayət işi açılıb və istintaq prosesləri davam edir.

Siyasi       Tarix: 25 may 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı

Son zamanlar İran vətəndaşları və mediası tərəfindən Azərbaycan dövlətinin, xalqının və rəhbərliyinin ünvanına əsassız ittihamların, təhqiramiz ifadələrin, eləcə də qanunsuz çağırışların artdığı müşahidə olunur. Müxtəli

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

Dövlət-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidinə zəmin yaradan "ASAN xidmət" bu gün yalnız qabaqcıl milli idarəçilik təcrübəsi deyil, həm də beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi

İranın Ermənistandakı səfirliyinin rəsmi sosial media hesabında İrəvanın Göy məscidi haqqında videomaterial yayımlanıb. xəbər verir ki, paylaşımda tarixi faktlar birtərəfli və təhrif olunmuş şəkildə çatdırılıb. Göy məscidi

Prezident: Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək

Dayanıqlı İnkişaf Məqsədləri ilə uzlaşan "ASAN xidmət"in fəaliyyəti BMT tərəfindən də yüksək qiymətləndirilir. "ASAN xidmət"in 2015-ci ildə BMT-nin "Dövlət Xidmətləri Mükafatı"na, 2019-cu ild

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İtaliyanın xarici işlər naziri Antonio Tayani noyabrın sonunda Azərbaycana səfər edəcək. KONKRET.azxəbər verir ki, bu barədə Report-a diplomatik mənbə bildirib. Məlumata görə, XİN rəhbəri səfər çərçivəsində Azərbaycanın rəsm

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxəbər cəbhədən canlı cəbhədən son məlumat cəbhədən görüntülər