Vaşinqton və Tehran sazişə çox yaxındır - DETALLAR açıqlandı
ABŞ və İran arasında iki aydan artıqdır davam edən hərbi münaqişənin dayandırılması və Hörmüz boğazının yenidən kommersiya gəmiləri üçün açılması istiqamətində aparılan diplomatik danışıqlarda böyük irəliləyiş əldə olunub.
KONKRET.az xəbər verir ki, ABŞ-nin "Fox News" telekanalının Ağ Ev və kəşfiyyat rəsmilərinə istinadən yaydığı son məlumata görə, rəsmi Tehran təqdim olunan çərçivə sazişini prinsip etibarilə qəbul edib. Mənbələr tərəflər arasında hazırlanan sənədin artıq 95 faizinin tam razılaşdırıldığını bildirirlər. Hazırda diplomatlar saziş mətnində yer alacaq bəzi həssas ifadələr və bəndlərin redaktəsi üzərində son müzakirələri aparırlar.
ABŞ Prezidenti Donald Tramp da sosial şəbəkə hesabında mövzu ilə bağlı bəyanat yayaraq, İranla müharibəni bitirəcək və regional böhranı həll edəcək sülh müqaviləsinin böyük ölçüdə yekunlaşdığını ("largely negotiated") təsdiqləyib. Tramp qeyd edib ki, o, məsələ ilə bağlı İsrail başda olmaqla Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreyn liderləri ilə geniş məsləhətləşmələr aparıb. Sazişin yekun detalları yaxın vaxtlarda rəsmən elan olunacaq.
İran tərəfi isə prosesi 30-60 günlük daha geniş müzakirələrə yol açacaq bir "çərçivə razılaşması" kimi xarakterizə edir. Tehranın əsas şərti ölkəyə tətbiq edilən dəniz blokadasının dərhal qaldırılması və sanksiyaların ləğvidir. Danışıqlara vasitəçilik edən Pakistan və Oman rəsmiləri də yaxın günlərdə atəşkəsin rəsmiləşəcəyinə ümid etdiklərini bildiriblər.
Natiq Səlim,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Gəncədə evdən yeniyetmə qızın meyiti tapıldı
Məhkəmə mülk üstündə qardaşı arvadını döyən qadınla bağlı qərar çıxardı
Rusiyada nəqliyyat təyyarəsi qəzaya uğradı
Prezidentin Naxçıvan səfəri: Zəngəzur dəhlizinə strateji baxış
Qızıl və gümüş bahalaşdı
Azərbaycanda bu şəxslərin gecə saatlarında işləməsi qadağandır
Dilənçilik edən uşaqların sayı artıb – Azyaşlıları küçəyə çıxaran səbəblər nədir?
Azərbaycanda işsizlərin sayı niyə artır? - İqtisadçı səbəbləri açıqladı
1, yoxsa 15 sentyabr - Məktəblər nə vaxt açılacaq?
Abşeronda 33 yaşlı kişi bıçaqlanaraq öldürüldü
Bəzi yerlərdə intensiv yağış yağır - FAKTİKİ HAVA
İlk dəfə səfir təyin edilən Nərminə Mustafayeva kimdir? - DOSYE
Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?
Prezidentdən Nərminə Mustafayeva ilə bağlı SƏRƏNCAM