Nə üçün yeni qatarların çoxu 'Dərnəgül' istiqamətindədir? - AÇIQLAMA
İnsanların ən çox istifadə etdiyi nəqliyyat vasitələrindən biri metrodur.
"Həzi Aslanov"- "Dərnəgül" və "Həzi Aslanov"- "İçərişəhər" istiqamətində hərəkət edən qatarların əksəriyyəti yeni alınmış qatarlardır.
Ancaq apardığımız müşahidələr göstərir ki, yeni qatarlardan daha çox "Həzi Aslanov"-"Dərnəgül" istiqamətində istifadə olunur, digər istiqamətdə yeni qatarlara nadir hallarda rast gəlinir.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov azxeber.com-a açıqlamasında bunun səbəbini belə izah edib:
"Ümumilikdə 23 yeni qatar var ki, onlardan yalnız 3-ü "İçərişəhər" istiqamətində hərəkət edir. Buna səbəb bütün yeni qatarların Həzi Aslanov" stansiyasından "28 May" stansiyasına qədər eyni yolu getməsidir.
Nəzərə alsaq ki, metropoliten sərnişənlərinin böyük əksəriyyəti "Dərnəgül" istiqamətində gedir və eyni zamanda müəyyən texniki parametrlər var ki, buna görə də qatarların 20-si məhz "Dərnəgül" istiqamətində hərəkət edir. Yalnız 3 yeni qatar "İçərişəhər" istiqamətində hərəkət edir.
"28 May"-"Sahil"-"İçərişəhər" istiqamətində sərnişin axını və sərnişin sayı xüsusi öyrənilərək yeni qatarların hərəkət istiqaməti müəyyən olunub".
Günel Hüseynli
Turlar.az [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu
"Qarabağ"ın sabiq futbolçusu istefa verdi