Necə unudum səni?'ni hələ belə oxuyan olmamışdı - Audio
Fərqli və hit layihələri ilə daim gündəmdə qalmağı bacaran Xumar Qədimova növbəti işini təqdim edib.
azxeber.com xəbər verir ki, Əməkdar artist bu dəfə bacısı – "Əqrəb" ləqəbi ilə tanınan Matan ilə duet oxuyub. Onlar məşhur "Necə unudum səni?" mahnısını tam fərqli tərzdə yenidən dinləyicilərə təqdim ediblər.
Qədimova bu layihədə də özünəməxsusluğu ilə seçilməyi bacarıb. Belə ki, duetdə "Əqrəb" mahnını türk dilində, Xumar isə Azərbaycan dilində səsləndirib. Bu fərqli yanaşma ifaya yeni nəfəs qatıb və layihəni daha da maraqlı edib.
Yeni işi ilə bağlı danışan sənətçi bildirib ki, yaradıcılığında əsasən öz bəstələrinə üstünlük versə də, zaman-zaman retro mahnılara da müraciət edir:
"Amma bəzi retro nəğmələr var ki, onları da öz üslubumda təqdim etməyi sevirəm. Əks halda, oxumağın mənası yoxdur. Bu dəfə çox sevdiyim "Necə unudum səni?" mahnısına müraciət etdim. Bu əsəri illər əvvəl Xalq artistimiz Flora Kərimovanın ifasında sevmişdim. Bu layihədə isə heç kimin etmədiyi bir yeniliyə imza atdıq – bacımla birlikdə mahnını iki dildə duet şəklində təqdim etdik. Mən Azərbaycan, Matan türk dilində oxudu. Maraqlı bir iş alındı. Üstəlik, bu ifanı əzizlərimizin xatirəsinə ithaf edirik".
İfaçı əlavə edib ki, yeni tərzdə mahnılar təqdim etmək onun yaradıcılığının ayrılmaz hissəsidir və qarşıda dinləyiciləri daha çox sürpriz layihələr gözləyir.
Qeyd edək ki, mahnının musiqisi Oqtay Rəcəbova, sözləri isə Zivər Ağayevaya məxsusdur.

Bakının əsas prospekti buna görə iflic oldu
Paşinyan Azərbaycandan bu ərazini istədi – Əvəzində təklif edir ki…
Paşinyan anklavlarla bağlı yeni təklif verdi - Detallar
Tanınmış reperi həbsxanada döydülər
Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib
"Yelo Bank" 2026-cı ilin 3-cü rübünü artımla başa vurdu
Konfrans Liqası: I turun oyunlarına start verilir
Bakı–Şamaxı yolunda avtomobil aşıb, yaralananlar var
Bakıda 20 yaşlı oğlanı bıçaqladılar
ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır
Zelenski Brüsselə getdi - Onlarla görüşəcək
Nazirlər Kabineti 'Azərişıq' və 'Azərenerji' ilə bağlı qaydada dəyişiklik edib
Teleqramda bu da mümkün olacaq
Buxarada Azərbaycan–Özbəkistan dostluq konserti təşkil olunub
Azercell-in dəstəyi ilə "AWS Agentic Football Cup" keçiriləcək