Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edir

Neft bazarında çalxalanma: Bahalaşma Azərbaycan üçün nə vəd edirDünya neft bazarında dalğalanmalar müşahidə olunur. Bunun səbəbi Yaxın Şərqdə müharibənin olması, Husilərin Qırmızı dənizdə ticarət gəmilərinə hücumları ilə izah olunur. Neft qiymətlərinə təsir edən digər amillər də mövcuddur.
Neft bazarında nə baş verir? Dalğalanmaların Azərbaycan neftinə təsiri necə olacaq?
KONKRET.az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan iqtisadçı ekspert Pərviz Heydərov yaxın müddətdə neft qiymətlərinin 65-85 dollar civarında olacağını bildirib:
"Dünya bazarında neftin qiymıtində çaxnaşmalar həmişə olub və olacaq. Burada iqtisadi hadisələrin, siyasi hadisələrin də təsirləri var. Bu sahədə konkret proqnoz irəli sürmək mümkün deyil. Görünən odur ki, dünya bazarlarında OPEC+ ölkələri pis yaxşı tənzimləyə bilir. Bu ölkələrin ümumi marağı ondan ibatətdir ki, neftin dünya bazarlarında qiyməti 60 dollardan aşağı düşməsin və 100 dolları da keçməsin. Çünki neftin 60 dollardan aşağı düşməsi neft gəlirlərindən asəlı olan oqtisadiyyatlarına ziyandır. Onların valyuta ehtiyyatlarını azaldır və dövlət xəzinələrinə ziyandır. Qiymət çox yuxarı olduqda isə qlobal bazarda istehlak mallarının, yanacağın qiymətinin artmasına səbəb okur. Yəni dünyada bahaçılıq olur. İnflyasiya sürətlənir. Yaxın müddətdə neftin dünya bazar qiymətlərinin geniş diapozonda desək, 65 və 85 dollar arasında olacağı proqnoz edilə bilər".
Ekspert neftin həddindən artıq baha olmasının Azərbaycan üçün də yaxşı hal olmadığını vurğulayıb:
"Azərbaycanın dövlət büdcəsində neftin qiyməti 60 dollar götürülüb. Bu olduqca optimal rəqəmdir. İstənilən halda ölkəmiz bundan fayda götürür. Çünki dünya bazarlarında artıq uzun müddətdir ki, qiymətlər ondan yuxarıdadır. Bu da bizim dövlət və valyuta gəlirlərimizi artıqlanması ilə əldə olunması ilə nəticələnmədədir. Ona görə də bizim iqtisadiyyatda bir neçə ildir ki, sabit hökm sürür. Bir neçə ildir ki, valyuta bazarında sabitlikdir. Tədiyə balansımız müsbət səviyyədədir. Ölkəyə girən və ölkədən çıxan xarici valyuta aşağı səviyyədədir. Bu da bizə imkan yaradır ki, iqtisadiyyatda idarəetməni həyata keçirək və qeyri-neft və qeyri-qaz sektorunun inkişafı üçün müvafiq addımlar ata bilək. Neftin qiymətinin həddindən artıq baha olması bizə də ziyandır. Çünki bu istehlak məhsullarının, yanacağın bahalaşması ilə nəticələnir. Bu da inflyasiya idxalı yaradır. Neftin 80 dollar olması ölkəmiz üçün də ən uyğun olandır".
İqtisadçı ekspert Natiq Cəfərli da söyləyib ki, dünya neft bazarında dalğalanmalar həmişə olur:
"Son bir ili götürsək, neft qiymətləri aşağı düşüb. Keçən ilin yayına yaxın neftin qiyməti 100 dollara çatmışdı. İndisə, neftin qiyməti 83-85 dollar civarındadır".
N.Cəfərli neftin qiymətinin bahalaşmasının Azərbayacana xeyirli olduğunu bildirib:
"Neftin qiyməti qalxdıqca Azərbayacana valyuta daxilolmaları artır. Belə olan halda Azərbaycanın ehtiyyatları yüksəlir və iqtisadiyyatının dayanıqlılığı artır. Bu həm də neftdən asılələğın nə qədər yüksək olduğunu göstərir. Bu isə ümumilikdə təhlükəli vəziyyətdir. Dünyada təlatümıər, müharibələr, Qırmızı dənizdə Husilərin hücumları olduğundan neft qiymətləri artır. Sabah bu problemlər həll olunanda nə olacaq? Bu haqda illərdir danışılır. Əsas məqsəd neftdən asılılığı getdikcə azaltmaq, qeyri-neft sektorunu inkişaf etdirməkdir".

Sosial       Tarix: 11 mart 2024
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes cəbhədən şad xəbər idman xeberleri son xeber 2026