"Neft-qaz sanksiyaları Azərbaycan iqtisadiyyatını çökdürə bilər" – Natiq Cəfərlinin ŞƏRHİ

Azərbaycanla Avropa Şurası Parlament Assambleyası arasındakı yaşanan gərginlik, nümayəndə heyətimizin qurumdakı fəaliyyətini dayandırması ölkəmizə qarşı iqtisadi sanksiyaların tətbiqi ehtimalını gündəmə gətirir.
Maraqlıdır, yaşanan siyasi gərginliyin iqtisadi sferaya sıçraması nə qədər realdır?
Mövzunu KONKRET.az-a şərh edən iqtisadçı Natiq Cəfərli bildirib ki, proseslərin bu məcrada inkişaf edəcəyini gözləmir:
"Bəziləri düşünür ki, Azərbaycanın AŞPA-da fəaliyyətinin dayandırılması ölkəmizin Avropa Şurasından çıxması deməkdir. Bu, yanlışdır. Ümid edək ki, vəziyyət o həddə qədər gərginləşməyəcək. Çünki Azərbaycan bu təşkilata könüllü şəkildə üzv olub, öhdəliklər götürüb. Avropa Şurası isə məntiqsiz və beynəlxalq hüquqa zidd iddialarından əl çəkməlidir. Sanksiyalarla bağlı çağırışlar isə hər zaman olub və ara-sıra indi səsləndirilir. Bu ehtimal reallaşarsa, Azərbaycana çox böyük ziyanları ola bilər. Amma unutmayaq ki, sanksiyaları Avropa Şurası yox, yalnız Avropa Birliyi tətbiq edə bilər. Orada isə bizim dost münasibətində olduğumuz dövlətlər var ki, onların ehtimal edilən sanksiya qərarlarına veto qoyacağına inanırıq".
Ekspert sanksiyaların işə düşəcəyi təqdirdə ölkə iqtisadiyyatını gözləyən problemlərdən də danışıb:
"Həqiqətən bu arzuolunmaz ssenari baş verərsə, Azərbaycana qarşı neft-qaz sahəsində sanksiyalar tətbiq olunarsa, bu, Azərbaycan iqtisadiyyatının çökməsinə səbəb ola bilər. Çünki ölkə iqtisadiyyatı neft və qazdan daxil olan gəlirlərdən əhəmiyyətli dərəcədə asılıdır. Azərbaycanın gəlirlərinin 90 faizi bu Avropa ölkələri ilə ticarətdən təmin olunur".
İqtisadçı Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyaların təsirinə diqqət çəkib:
"Rusiya da Avropanın çoxsaylı iqtisadi sanksiyalarına məruz qalıb. Amma unutmayaq ki, şimal qonşumuzun torpaqları Mendeleyevin dövrü cədvəlindəki elementlərin və sərvətlərin böyük qismi ilə zəngindir. Hətta bu qədər təbii sərvətləri olmasına baxmayaraq, sanksiyalar Rusiya iqtisadiyyatını ciddi təlatümlərlə üzləşdirirsə, kiçik iqtisadiyyata sahib olan Azərbaycan daha böyükhəcmli iqtisadi zərbələrə məruz qala bilər".
Fatimə Lətif,
KONKRET.az

Sosial       Tarix: 26 yanvar 2024
f Paylaş

Oxşar xəbərlər

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN


azerbaycan xeberleri yeni xeberler son xeberler son.xeber sonxeberler valyuta mezennesi cəbhədən görüntüleri