Neft-qaz sektoru üzrə gəlirlər azalacaq - Nazir səbəbləri açıqladı

Neft-qaz sektoru üzrə gəlirlər azalacaq - Nazir səbəbləri açıqladı"2022-ci ildə və 2023-cü ilin 10 ayı ərzində Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın, Kəlbəcər, Ağdam və Füzuli rayonlarında ümumilikdə 771 min ha ərazidə elektron kadastr uçotu və yerquruluşu işləri, 594 min ha ərazidə torpaq tədqiqatı işləri, 424 min ha ərazidə geobotaniki tədqiqat işləri yekunlaşmış, müvafiq məlumatlar Torpaqların Elektron Kadastr Uçotu Sisteminə inteqrasiya edilmişdir. Bu işlər həmin ərazilərdə torpaq ehtiyatlarının effektiv idarə edilməsi və istifadə olunması, kənd təsərrüfatının inkişaf potensialının səmərəli reallaşdırılması və məhsuldarlığın artırılması üçün mühüm əhəmiyyət kəsb edir".
KONKRET.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
"İlk növbədə qeyd edim ki, proqnozlar 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf strategiyası ilə müəyyən olunmuş hədəfləri əsas götürməklə, habelə son qlobal meyillər nəzərə alınmaqla hazırlanıb.
Bir məqamı qeyd edim ki, 2022-2026-cı illər üzrə qəbul edilmiş sosial-iqtisadi inkişaf strategiyası çərçivəsində həyata keçirilməyə başlanmış bir çox islahatlar ölkə iqtisadiyyatında gələcək iqtisadi artım üçün yeni fundamentalların formalaşmasına yönəlib. Bu yeni təməl şərtlər cari strateji dövrün sonuna tam formalaşandan sonra növbəti strateji dövrlərdə daha yüksək iqtisadi artım templərini əldə etməyə imkan verəcəkdir. Keçid dövründə isə başlıca vəzifəmiz qeyri-neft-qaz sektorunda iqtisadi artım templəri üzrə dünya iqtisadiyyatının artım templərindən ən azı geri qalmamaqdır.
Ətraflı
Düzdür, neft-qaz sektorunda gözlənilən və hələ ki, qaçılmaz görünən hasilat göstəriciləri iqtisadi artımın ümumi mənzərəsinə öz təsirini göstərəcəkdir. Lakin, onu da qeyd edim ki, regionda baş verən son proseslər, o cümlədən ölkəmizin beynəlxalq nəqliyyat-tranzit və kommunikasiya qovşağında yerləşməsinin yaratdığı yeni imkanlar iqtisadi artımın sürətlənməsi üçün real amildir. Bu amilin tam miqyasda reallaşması iqtisadi artımın dinamikasına əlavə güclü təkan verə bilər.
Məhz buna görə, bu imkanların reallaşdırılması istiqamətində cənab Prezidentin müəyyən etdiyi yeni vəzifələrə uyğun olaraq hökumət tərəfindən sosial-iqtisadi inkişaf strategiyası ilə yanaşı digər əlahiddə tədbirlər də həyata keçirilir.
Beləliklə, proqnozlar 3 ssenaridə – baza, optimist və pessimist ssenarilərdə hazırlanaraq büdcə tərtibi prosesində risklərin qiymətləndirilməsi üçün istifadə edilib.
Büdcə zərfində əksini tapan makroiqtisadi proqnozlar baza ssenarisini ehtiva edir və həmin proqnozlarda dövlət büdcəsində olduğu kimi, neft qiyməti konservativ – 60 ABŞ dolları səviyyəsində götürülüb.
Ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir ki, bu da neft hasilatında əsas xüsusi çəkiyə malik AÇG yatağı üzrə hasilatın azalma fazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı və proqnozlaşdırılan dövrdə 36 mlrd. m3-dən yüksək olacağı gözlənilir. Qeyd olunan amillər nəzərə alınaraq, neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7%, 2024-2027-ci illərdə isə orta illik hesabla 1,8% azalacağı proqnozlaşdırılır", – nazir vurğulayıb.

Sosial       Tarix: 13 noyabr 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Pul üçün böyrəyini satmaq istədi, 6000 manat cərimələndi: Qanun nə deyir?

Son günlər Azərbaycanda maddi sıxıntı səbəbindən böyrəyinisatmaq istəyən şəxsin 600 manat məbləğində cərimələnməsi ilə bağlı məsələ gündəməgəlib. . Cərimələnən şəxs qərardan məhkəməyə şikayət edərək maddi vəziyyətinin ağı

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Magistraturada 949 plan yeri niyə boş qaldı? - Ekspert səbəbləri açıqladı

Xəbər verdiyimiz kimi, magistratura səviyyəsi üzrə boş qalan plan yerlərinə keçirilən müsabiqənin nəticələri açıqlanıb. Müsabiqədə iştirak edən 1457 bakalavrdan 508 nəfəri ali təhsil müəssisələrinin magistratura səviyyəsin

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri yeni xeberler son xeberler iqtisadiyyat xeberleri bugun son xeber 2026 son xabar dunya xeberleri