Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO

Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO"Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə riayət olunması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı Neftçala rayonu ərazisində ov qaydalarını pozan şəxs saxlanılıb. 
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov azxeber.com-a bildirib ki, saxlanılan şəxsin idarə etdiyi 90-OB-135 dövlət qeydiyyat nişanlı "Niva" markalı nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobildə qanunsuz əldə edilmiş diri halda çöl göyərçini və Şahin quşunun ovlanması üçün nəzərdə tutulmuş, istifadəsi qanunla qadağan olunan cələ aşkar edilərək maddi sübut kimi götürülüb. Çöl göyərçini isə təbiətə buraxılıb.
"Faktla bağlı nəqliyyat vasitəsinin sürücüsü Xalid Abdullayev barəsində protokol tərtib olunaraq qanunamüvafiq tədbir görülüb". 
Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ov fəaliyyəti ilə məşğul olan şəxslərə adı Azərbaycan Respublikasının "Qırmızı Kitabı"na daxil edilmiş, eyni zamanda ovlanması qadağan olunan heyvan və quş növlərinin ovlanmasının yolverilməz olduğunu bildirib, ov ilə məşğul olan şəxsləri qaydalara ciddi əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan edilmiş alətlərlə  ov etməkdən çəkinməyə çağırıb.
Qeyd edək ki, ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ov etməyə görə təqsirkar şəxslər Azərbaycan Respublikasının mövcud qanunvericiliyində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Neftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTONeftçalada ov qaydalarını pozan şəxs saxlanıldı - FOTO

Sosial       Tarix: 17 oktyabr 2025
f Paylaş

Oxşar xəbərlər

Bir tələbənin illik təhsili ailəyə neçəyə başa gəlir? – Rəqəmlər açıqlandı

"Universitetlərdə təhsil haqlarının məbləği bir sıra amillərdən asılı olaraq dəyişir. Burada ali məktəbin beynəlxalq reytinqlərdəki mövqeyi, təhsilin keyfiyyəti, müəllim heyətinin səviyyəsi, beynəlxalq əlaqələri və universiteti

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Ülvi Cəfərova ağır itki - Foto

Əməkdar incəsənət xadimi, professor Əliqismət Lalayev və "Şeron" qrupunun bədii rəhbəri, tanınmış müğənni, aktyor və prodüser Ülvi Cəfərova ağır itki üz verib. Əliqismət Lalayevin bacısı, Ülvi Cəfərovun isə anas

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə

Azərbaycan neftinin qiyməti 4,46% bahalaşdı

Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşıb. xəbər verir ki, dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti yüksəlib. Azərbaycan neftinin bir barelinin qiyməti 4,35 ABŞ dolları və ya 4,4

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Ermənistan Azərbaycana məhsul satacaq - Mirzoyan

"Yaxın vaxtlarda Ermənistandan Azərbaycana məhsul tədarükü barədə məlumat açıqlanacaq". xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İctimai Televiziyaya müsahibəsi zamanı deyib. "Yaxı


son xeberler yeni xeberler azerbaycan xeberleri gunun xeberleri siyaseti xeberler bugun butun xeberler