"Neftçi" azarkeşləri İlham Əliyevə müraciət ünvanlayıb - TAM MƏTN

"Neftçi" Peşəkar Futbol Klubunun bir qrup azarkeşi komandanın uğursuz çıxışı ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
KONKRET.az həmin müraciətin mətnini təqdim edir:
"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına!
Hörmətli Prezidentimiz, biz "Neftçi" PFK-nın azarkeşləri olaraq, klubumuzun acınacaqlı durumu ilə əlaqədar Sizə müraciət edirik. 100 minlərlə azarkeşin sevimli komandası, Azərbaycan futbolunun mayakı olan, xalqın komandası sayılan "Neftçi" klubu qeyri-peşəkar, futbolla heç bir əlaqəsi olmayan şəxslər tərəfindən idarə olunduğu üçün rəzalət içərisindədir. Klubda bir nəfər də olsun savadlı, futbolun incəliklərini dərindən bilən yerli funksioner yoxdur. Bunlar azmış kimi, idman direktoru vəzifəsinə ilinə 1 milyon xarici valyuta ilə maaş ödənilən isveçlinin təyin edilməsindən sonra klubdan yerli, istedadlı gənc futbolcularımızın uzaqlaşdırılması siyasəti aparılır.
Son iki ildə rəhbərliklə bərabər, idman direktoru, seleksiya işlərini həyata keçirən şəxslər qısa müddət ərzində 15-16 nəfər əcnəbi futbolçunu böyük məbləğ qarşılığında komandaya gətirir, onlarla 2-3-4 illik müqavillələr imzalanır, 6 ay keçəndən sonra müəyyən təzminatlar qarşılıgında sözləşmələrinə xitam verilir. "Neftçi adına layiq olmayan səviyyəsiz futbolçular cəlb edilərək, dovlətimizin büdcəsinə ziyan vurulur.
"Neftçi" klubu xalq komandası kimi daim dövlət budcəsindən maliyyələşir. Sponsor Dövlət Neft Sirkəti olduğuna görə klubumuz həm də dövlətimizin komandası hesab edilir. Bu klub həm də minlərlə neft sənayesində gecə-gündüz çalışan qəhraman neftçilərin komandasıdır. Sevimli "Neftçi"miz müstəqililik dönəmində – 2012-ci ildə UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə əldə edən ilk Azərbaycan klubu olub. 2010-2015 ci-illər ərzində "Neftçi" qazanılmış 3 çempionluq, 2 ölkə kubokunu da yerli futbol funksionerlərin rəhbərliyi altında əldə edib.
Hörmətli Prezident! "Neftçi" tarixi boyu bütün uğurlarını yerli futbol funksionerlərin və yerli baş məşqçilərin rəhbərliyi altında qazanıb. Ancaq son 1,5 ildə klubda 4 əcnəbi məşqçi çalışib. Hər birinin uzunmüddətli müqavilələri olmalarına rəğmən, anlaşmalara təzminatlar qarşılığında vaxtından əvvəl xitam verilib.
Bu gün də "Neftçi"ni ukraynalı əcnəbi məşqçi çalışdırır. Bu məşqçinin də işi nəticəsində doğma "Neftçi"miz, tarixinin ən qara günlərini yaşayır və 6 oyundan sonra turnir cədvəlində, 10 klublu çempionatda 9-cu sıradadır. Məşqçilər "əlcək kimi" dəyişdirilir. Edilən əcnəbi transferlər klubun strategiyasına, fəlsəfəsinə uyğun gəlməyən zəif və karyeralarının sonlarına doğru gedən yaşlı futbolçulardan ibarətdir. Bunun da müqabilində xarici valyuta ilə milyonlar havaya sovurulur.
Bütün bunların səbəbi isə klub rəhbərliyində və Müşahidə Şurasında futboldan anlayışı olmayan şəxslərin yer almasıdır. Ölkəmizin ən strateji əhəmiyyətli qurumu Dövlət Neft Şirkəti tərəfindən maliyyələşdirilən və 20-30 milyon manat arasında büdcəyə malik olan, yüz minlərlə insanın sevimlisi "Neftçi" komandası bərbad idarəçiliyə görə acınacaqlı duruma düşüb. Ölkə çempionatının yüksək liqasını tərk etmək qaçılmaz reallığa çevrilib. Klub rəhbərliyində Azərbaycan futbolunun mentalitetini bilən, ona bələd olan yerli mütəxəssislərimizin olmaması biz azarkeşləri, eləcə də futbol ictimaiyyətini çox üzür.
Möhtərəm Ali Baş Komandan, hər bir Azərbaycan vətəndaşının Prezidenti, sevimli İlham Əliyev, biz "Neftçi" azarkeşlərinin yeganə ümidi Sizsiniz. Azərbaycan futbolunun tarixi klubunun rəzalətdən, uçurumdan qurtarılması naminə, biz azarkeşlərin Sizin köməyinizə böyük ehtiyacı var. Ümid edirik ki, müraciətimiz diqqətsiz qalmayacaq və Sizin sayənizdə "Neftçi" peşəkarcasına idarə edilərək, layiq olduğu yerlərə qayıdacaq. Var olasınız! Allah Sizi qorusun!
Elxan Xəlilov
Ramin Həmidzadə
Tofiq Mustafayev
Səbuhi Qasım
Fazil Dadaşov
Ədalət Məmmədli
Elnur Quliyev
Fərid Zeynalov və digərləri
Məlik,
KONKRET.az

İdman       Tarix: 17 sentyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

Eşitmə məhdudiyyətli idmançımızdan yunan-Roma kubokunda mühüm qələbə

Belarusda eşitmə məhdudiyyətli kişilər arasında yunan-Roma və sərbəst güləş üzrə keçirilən Açıq Kubokda Azərbaycan idmançısı Qəmbər Türbətzadə bürünc medal qazanıb. xəbər verir ki, 72 kq çəki dərəcəsində mübarizə aparan güləşçimi

Məşhur futbolçu 40 yaşında karyerasını bərpa etdi

Futbol üzrə İspaniya millisinin heyətində dünya çempionu olan yarımmüdafiəçi David Silva karyerasını bərpa edib. O, Honkonq Premyer Liqasında çıxış edən "Satxin" klubu ilə müqavilə bağlayıb. KONKRET.azoxuaz-a istinadə

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye

"Belə xəbərlərin oyundan əvvəl yayılması düzgün deyil" - Azər Bağırov

"Şamaxı"nın baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 7-ci turunda "Zirə" ilə səfərdə 1:1 hesablı heç-heçə etdikləri oyunu şərh edib. xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbua

"Sabah" - Borussiya Dortmund" oyununun biletləri satışa çıxarıldı

"Sabah"ın UEFA Çempionlar Liqasının liqa mərhələsində keçirəcəyi 2-ci ev oyununun biletləri satışa çıxarılıb. xəbər verir ki, bilet qiymətləri 15, 40, 50,  75, 120 və 650 manatdır. Bakı təmsilçisi oktyabrın 20-d

Bugünkü oyunları yayımlayacaq kanallar

UEFA Avropa Liqasının və Konfrans Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. KONKRET.azxəbər verir ki, qarşılaşmala

Xankəndi Ultramarafonuna yekun vuruldu

II Beynəlxalq Xankəndi Ultramarafonunun dördüncü – son mərhələsi başa çatıb. Report-a istinadla xəbər verir ki, marafonun 4-cü mərhələsi Ağdam şəhərindən bu gün səhər start götürüb, iştirakçılar 29,2 km məsafə qət ediblər

Günel Bədəlovaya yüksək vəzifə verildi

Oktyabrın 17-də Polşanın Zakopane şəhərində Beynəlxalq Xizək Alpinizmi Federasiyasının (ISMF) Plenar Assambleyası keçirilib. -a istinadla xəbər verir ki, assambleyada Azərbaycanı Qış İdman Növləri Federasiyasının Baş katib


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeberler cəbhədən son məlumatlar metbuat xeberleri son xeberler bugun 2026 azerbaycan