"Neftçi" azarkeşlərinə müraciət ünvanladı

"Neftçi" klubu UEFA Çempionlar Liqasında Gürcüstanın "Dinamo" (Tbilisi) komandasına qarşı keçirəcəyi İ təsnifat mərhələsinin cavab görüşü ilə əlaqədar azarkeşlərə müraciət edib.
Publika.az xəbər verir ki, müraciətdə deyilir:
"Azərbaycan Premyer Liqası klublarının UEFA-nın bayrağı altında təşkil olunan turnirlər çərçivəsində evdə keçirəcəkləri oyunlar zamanı müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər azarkeşin tribunalara buraxılması ilə bağlı Azərbaycan Futbol Federasiyaları Assosiasiyası tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargaha ünvanlanmış müraciət müsbət cavablandırılıb. "Neftçi" PFK olaraq uzun fasilədən sonra yenidən azarkeşlərimizlə görüşəcəyimizə görə çox sevinirik və həmin günü səbirsizliklə gözləyirik.
Yaxın günlərdə Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 14-ü saat 21:00-da keçiriləcək Tbilisinin "Dinamo" klubu ilə oyunun biletləri satışa çıxarılacaq və bu haqda ətraflı məlumat paylaşılacaq.
AFFA tərəfindən COVID-19 pandemiyası ilə əlaqədar mövcud olan bütün tələb və tövsiyələrə, sanitar-gigiyenik qaydalara əməl olunması barədə müvafiq məlumatlar klubumuza göndərilib, rəhbərlik azarkeşlərin tribunalara qayıtması üçün bütün öhdəlik və məsuliyyəti öz üzərinə götürüb. Bununla əlaqədar, xahiş edirik ki, oyunda iştirak edəcək hər kəs stadiona daxil olarkən, oyun zamanı və oradan çıxarkən tətbiq olunacaq pandemiya qaydalarına əməl etsinlər".

İdman       Tarix: 11 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026