"Neftçi" "Keşlə"ni darmadağın edib 3-cü pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında IV turun daha bir görüşü keçirilib.
Publika.az xəbər verir ki, ikinci oyun günündə son çempion "Neftçi" autsayder "Keşlə"ni qəbul edib. "Bakcell Arena"da baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Matçda ilk qol 36-cı dəqiqədə vurulub. Yusuf Lavalın sağ cinahdan ideal ötürməsini qəbul edən Sezar Meza Kolli sabiq komandasını cəzalandırıb. Birinci hissə "ağ-qaralar"ın minimal hesablı üstünlüyü ilə başa çatıb. İkinci yarıya da fəal başlayan flaqman 50-ci dəqiqədə fərqi 2 topa çatdırıb. Bu dəfə "ağ-qaralar"ın yeni transferi Ramon Maçado fərqlənib. Fasilədən sonra Meza Kollinin yerinə meydana daxil olan braziliyalı hücumçu yaxşı təşkil olunmuş hücumu dəqiq zərbə ilə tamamlayıb. Bu, 30 yaşlı forvardın paytaxt təmsilçisində ilk qolu olub. Oyunda son nöqtəni isə 68-ci dəqiqədə İsmayıl Zülfüqarlı qoyub.
Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Neftçi" 3-cü pilləyə yüksəlib. Xalı olmayan "Keşlə" isə sonuncudur.
Qeyd edək ki, IV turun ilk iki oyununda "Qəbələ" evdə "Səbail"i 5 cavabsız qolla məğlub edib, "Zirə" isə "Sabah"la 1:1 hesablı heç-heçəyə razılaşıb. Tura sentyabrın 20-də keçiriləcək "Qarabağ" - "Səbail" matçı ilə yekun vurulacaq. ("Report")

İdman       Tarix: 19 sentyabr 2021
f Paylaş

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün