"Neftçi" Premyer Liqada növbəti qələbəsini qazanıb
Misli Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.
KONKRET.az-ınməlumatına görə, günün ikinci matçında "Neftçi" "Şamaxı"nı qəbul edib.
"Palms Sports Arena"dakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb – 3:0.
"Ağ-qaralar"ın qollarını 1-ci dəqiqədə Emin Mahmudov, 47-ci dəqiqədə İmad Faraj, 83-cü dəqiqədə Breno Almeyda vurublar.
Dördüncü pillədə qərarlaşan "Neftçi" bu nəticədən sonra xallarının sayını 53-ə çatdırıb. "Şamaxı" 35 xalla səkkizincidir.
Günün ilk oyununda "Turan Tovuz" "Karvan-Yevlax"ı üstələyib – 1:0.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "Kəpəz" "Sabah"ı (1:0), "Sumqayıt" isə "Araz-Naxçıvan"ı (2:1) məğlub edib. "Qəbələ" – "Qarabağ" matçında 1:1 hesabı qeydə alınıb. "İmişli" – "Zirə" görüşü isə qolsuz bərabərliklə başa çatıb.

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA