"Neftçi" səfərdə "Dinamo"nu məğlub etdi (YENİLƏNDİ)

"Neftçi" komandası Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" ilə keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda qalib gəlib.
Publika.az xəbər verir ki, Boris Payçadze adına "Dinamo Arena"da təşkil olunmuş qarşılaşmada Azərbaycan klubu 2:1 hesablı qələbə qazanıb.
Görüşü stadionun ümumi tutumunun 40 faizi qədər, yəni 22 minədək tamaşaçının izləmək imkanı olsa da, görüşə maraq elə də yüksək səviyyədə olmayıb. Cəmi 5 000-dək azarkeş arasında azərbaycanlılar da yer alıb. Onların sayı 100-dək olub.
"Neftçi" meydana 3 - 5 -2 taktiki düzülüşü ilə çıxıb. Qapıçı Aqil Məmmədovun önündə mərkəz müdafiəçiləri qismində Voislav Stankoviç, Mamadu Mboc və Mert Çelik qərarlaşıb. Yarımmüdafiənin cinahlarında Yusuf Laval və yeni transfer Harramiz Suareş, mərkəzdə isə Sabir Buqrin, Mamadu Kane və kapitan Emin Mahmudov yer alıb. Hücum xətti isə Namik Ələskərov və daha bir yeni transfer Sezar Meza Kolliyə tapşırılıb.
Görüşün ilk yarısı meydan sahiblərinin aşkar üstünlüyü şəraitində keçib. "Dinamo"nun çoxsaylı hücumlarının qarşısını Aqil Məmmədov dəfələrlə almağı bacarıb. "Neftçi" isə daha çox əks-hücumlara bel bağlayıb. İlk qol da məhz belə hücumdan sonra vurulub. 23-cü dəqiqədə zərbə mövqeyinə çıxan Ələskərov rəqib qapıçı Roin Kvasxvadzenin önə çıxmasından yararlanaraq, topu onun başı üzərindən tora göndərib.
Buraxdığı qoldan sonra "Dinamo" hücumlarının kəsərini daha da artırıb. Tbilisi təmsilçisi istəyinə 36-cı dəqiqədə çatıb. Serbiyalı hücumçu cərimə meydançasının çölündən qüvvətli zərbə ilə bərabərlik qolunu vurub - 1:1. İlk yarı elə bu hesabla yekunlaşıb.
İkinci hissəyə "Neftçi" daha fəal başlayıb. Tədricən üstünlüyü ələ alan "ağ-qaralar" 56-cı dəqiqədə penalti qazanıb. İsrailli referi David Fuksman Ələskərova qarşı kobudluğu 11 metrlik cərimə zərbəsi kimi dəyərləndirib. Mahmudovun ilk zərbəsini "Dinamo"nun qapıçısı qaytarsa da, baş hakim onun qapı xəttindən irəli çıxdığını bildirərək, zərbənin təkrarlanmasını istəyib. Kapitan bu dəfə dəqiq olub.
Bu qoldan sonra meydan sahibləri yenidən bərabərlik qolunu vurmaq üçün irəli atılıblar. Lakin bu dəfə "Neftçi"nin müdafiə xətti rəqibin hücumlarının kəsərli alınmasına imkan verməyib. Beləliklə, "Neftçi" səfər oyununda "Dinamo" üzərində qələbə qazanaraq, iyulun 14-də "Bakcell Arena"da keçirəcəyi cavab oyunu üçün böyük üstünlük əldə edib. Həmin qarşılaşma saat 21:00-da start götürəcək.
21:16
xxx
20:12
Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo" və "Neftçi" arasında Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyunu başlayıb.
Publika.az xəbər verir ki, görüş Boris Payçadze adına "Dinamo Arena"da keçirilir.
Matçı 55 min tamaşaçı tutumuna malik stadionun 40 faizinədək azakeşin izləməsinə icazə verilsə də, görüşə maraq xeyli azdır. Tribunalarda cəmi 5 000-dək tamaşaçı var.

İdman       Tarix: 08 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

"Qarabağ" "Sabah"ı təbrik etdi

"Qarabağ" klubu "Sabah"ı UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanması münasibətilə təbrik edib. xəbər verir ki, Ağdam təmsilçisi bununla bağlı rəsmi sosial şəbəkə hesabında paylaşı

Bakıda FIFA DÇ həyəcanı başlayır

Bu gün Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalı start götürəcək. xəbər verir ki, tarixdə ilk dəfə təşkil olunacaq mundiala Azərbaycan ev sahibliyi edəcək. Dünya çempionatında 189 ölkənin iştirak

"Turan Tovuz" "İmişli"yə, "Zirə" "Kəpəz"ə qarşı 

Misli Premyer Liqasında VII tura bu gün yekun vurulacaq. xəbər verir ki, son olaraq iki qarşılaşma keçiriləcək. Günün ilk oyununda "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-d

ÇL: "Sabah"ın oyununa hansı kanalda baxaq?

UEFA Çempionlar Liqasının Liqa mərhələlərində bu gün keçiriləcək bəzi oyunlara Azərbaycan və Türkiyə telekanalları vasitəsi ilə canlı yayımla baxmaq mümkün olacaq. xəbər verir ki, qarşılaşmalar aşağıda adları qeyd oluna

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

"Sabah"ın baş məşqçisi: "Hər kəs bizdən qələbə gözləyir"

Hər kəs "Sabah" komandasından "Slaviya" ilə qarşılaşmada qələbə gözləyir. KONKRET.azxəbər verir ki, bunu "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasının əsas mərhələsind

Azərbaycan UEFA reytinqində irəlilədi

Azərbaycan UEFA reytinqində bir pillə irəliləyib. xəbər verir ki, bu, "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turunda Çexiyanın "Slaviya" komandasını məğlub etməsi (2:0) sayəsində mümkü

ÇL: Bu gün daha 9 oyun var

Bu gün UEFA Çempionlar Liqasının 2026/27 mövsümünün Liqa mərhələsində II turun son oyunları keçirilir. KONKRET.azxəbər verir ki, turun ikinci oyun günündə də futbol azarkeşlərini maraqlı qarşılaşmalar gözləyir. 21 oktyabr


son xeberler azerbaycan xeberleri yeni xeberler bugünkü son xəbərlər bugünki xəbərlər son xeberler bugun 2026 canli son xeber 2026