"Neftçi"dən "Qarabağ" oyunu ilə bağlı: Qarşısı alınacaq
"Neftçi" Azərbaycan Premyer Liqasının XXIX turunda baş tutacaq "Qarabağ"la oyundan öncə azarkeşlərə müraciət edib.
KONKRET.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, oyuna böyük marağı nəzərə alaraq, hər iki klub azarkeşlərinin təhlükəsizliyinin yüksək şəkildə təmin olunması və matç zamanı azarkeşlər arasında yarana biləcək mümkün arzuolunmaz halların qarşısını almaq məqsədilə müvafiq preventiv tədbirlərin görülməsi planlaşdırılır:
"Palms Sports Arena"da keçiriləcək görüşdə Ağdam təmsilçisinin azarkeşləri üçün "Qərb 2" sektoru ayrılacaq. Onlar biletlərini oyun günü – aprelin 26-sı saat 12:00-dan etibarən stadionun "Qarabağ" azarkeşləri üçün xüsusi ayrılmış kassasından əldə edə bilərlər.
Təhlükəsizlik məqsədi ilə arenanın "Neftçi" azarkeşləri üçün nəzərdə tutulan sektorlarına "Qarabağ" klubunun formasını, şərfini və ya digər rəmzlərini daşıyan azarkeşlərin buraxılmasının qarşısı alınacaq.
"Neftçi" PFK olaraq azarkeşlərin təhlükəsizliyi və oyunun insidentsiz keçməsi üçün nəzərdə tutulan bu tədbirlərin anlayışla qarşılanacağına inanırıq".
Qeyd edək ki, "Neftçi" Misli Premyer Liqasının 29-cu turunda 26 aprel, saat 19:00-da öz meydanında "Qarabağ" klubunu qəbul edəcək.
Kurslar.az kurslar [newsid: 0-123300]

Bu, Makronun mövqeyini zəiflətdi – Politiko
Xəzərin Azərbaycana mənsub hissəsində qaçaqmal aşkar olunub
Yavər Şıxəliyev vəfat etdi
Sabah' FK – 'Borussiya Dortmund' oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
"Hər həftə bir ev alırdım
Nəsrin Cavadzadə Türkiyədə onu təhqir edənləri məhkəməyə verdi
Kapital Bank enerji effektivliyi üzrə layihəni maliyyələşdirdi: günəş panelləri qurulur
Bakcell-in baş icraçı direktoru ADA Universitetinin tələbələri ilə görüşüb
Aşqabadda Türkmənistan Dövlət Simfonik Orkestrinin konserti olub
Leyla Əliyeva Arkadağ şəhərində Uşaq Sağlamlığı və Reabilitasiya Mərkəzinin fəaliyyəti ilə tanış olub
Azərbaycanla Ukrayna müxtəlif sahələrdə əməkdaşlığı müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində əfsanəvi 'Galkynyş' milli atüstü oyunlar qrupunun çıxışını izləyib
İdeal dövləti necə qurmaq olar?
Azərbaycanın axtarışa verdiyi Fateh Türkiyədən qaçdı
SON DƏQİQƏ! İstanbuldakı leysan Azərbaycana gəlir? – MÜHÜM AÇIQLAMA