Neftin qiyməti niyə kəskin ucuzlaşır? - Natiq Cəfərli açıqladı
Xəbər verdiyimiz kimi, dünya bazarında neftin qiymətləri son dörd ilin ən aşağı səviyyəsinə düşüb.
Ekspertlər isə bunun dünyanın iki nəhəng iqtisadiyyatı – ABŞ və Çin arasında artan tarif müharibəsi və artan təchizat perspektivləri ilə əlaqədar tələb narahatlıqlarından qaynaqlandığını bildirir.
Neftin qiymətinin kəskin aşağı düşməsi nə ilə bağlıdır? Bu proses nə qədər davam edəcək?
Tanınmış iqtisadçı ekspert Natiq Cəfərli azxeber.com-a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp hələ seçki kampaniyası dönəmində neftin qiymətinin aşağı düşməsini özünə əsas prioritet bəyan etmişdi:
"Neftin qiymətinin düşməsi bir çox amillərlə əlaqədardı. Bu bir tək tarif müharibələri ilə bağll deyil. Bununla yanaşı OPEC+ anlaşmasına daxil olan ölkələr də neft hasilatını may ayından gündəlik 420 min barelı yaxın artıracağı ilə bağlı da bəyanat vermişdilər. Bu bazara əlavə neft daxil olacağı anlamına gəlir.
Bundan başqa Tramp bir ildir ki, seçki kampaniyası dönəmindən bəri neftin qiymətinin aşağı düşməsini ğzünə əsas prioritet bəyan etmişdi və Amerika Birləşmiş Ştatlarında neft hasilatının kəskin artırılacağı ilə bağlı bəyanatlar vermişdi.
Natiq Cəfərli deyib ki, ABŞ neft hasilatına görə dünyada birinci yerə yüksəlib:
"ABŞ hazırda da bu istiqamətdə işlər görür. Lisenziyalar verilir, yeni quyular qazılır və bu gün Amerika Birləşmiş Ştatlarının neft hasilatı artıq dünyada birinci yerdədir. Yəni, gündəlik neft hasilatı 13.7 milyon barreldir. Halbuki əvvəl Səudiyyə Ərəbistanı və Rusiya 11 milyon barreldə dünya bazarına liderlik edirdilər. Yəni, həm hasilat artır, həm dünyada tarif müharibələri iqtisadiyyatı daraltmağa doğru aparır, neftə tələbat düşür. Son nəticəni isə bügünki qiymətlərdən görürük.
Hətta tarif müharibələri bitsə belə neftin qiymətində enmələrin davam edəcəyini görəcəyik. Çünki Amerika Birləşmiş Ştatlarının mövqeyi neftin qiymətinin enməsinə doğrudur"
Günel Hüseynli
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalidə Gözəl vəfat etdi
İnfantino İlham Əliyevə təşəkkür etdi - FOTOLAR
Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşdu
Deputat Arzuxan Əlizadənin oğlu barədə 4 aylıq həbs qərarı verildi
Əhmədlidəki kütləvi davanın iştirakçıları məhkəməyə belə gətirildilər - ANBAAN GÖRÜNTÜLƏR
Zelenski: Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək
Azərbaycanla bağlı sərt açıqlamalar verən Saral vəzifəsindən kənarlaşdırıldı
Ərdoğan Azərbaycanı təhdid edən müşavirini vəzifədən çıxardı? – Türkiyə mediasında yeni iddia
Bakıda avtomobil piyadanı vurub
Biləsuvarda ildırım elektrik xəttini vurdu: rayonun bir hissəsi işıqsız qaldı
Yumurta bazarında vəziyyət dəyişir: Qışda bizi nə gözləyir? - Foto
Azərbaycan-Hindistan münasibətlərində yeni səhifə açılır
Azərbaycan ictimaiyyətinə AĞIR İTKİ
"Xeyli vaxtdır görüşmürük, bir az darıxmışam
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır