Neftlə bağlı qərar - VACİB AÇIQLAMA

Neftlə bağlı qərar - VACİB AÇIQLAMABu həftə Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 36-cı iclası keçirilib. Keçirilən iclasda bir sıra məsələlər müzakirə edilib. İclasda Braziliyanın 2024-cü ilin yanvarından etibarən "OPEC plus"a qoşulması razılaşdırılıb. Anqola, Konqo və Nigeriyanın gələn il üçün hasilat kvotaları məsələsinə baxılıb. 
OPEC+ üzvü olan ölkələr neft hasilatı kvotalarının əlavə olaraq gündəlik 1 milyon barel azaldılması, Səudiyyə Ərəbistanı isə hasilatın sutkada 1 milyon barel azaldılması üzrə könüllü öhdəliyinin müddətinin uzadacaqları barədə konsensusa gəlib.
OPEC+-un 2024-cü il üçün hasilat planında ümumi gündəlik hasilat kvotası, bir sıra ölkələrin könüllü məhdudiyyətləri nəzərə alınmaqla sutkada 1,66 milyon barel azaldılmaqla 38,9 milyon barel nəzərdə tutur. İyul ayından 2023-cü ilin sonuna qədər Səudiyyə Ərəbistanı hasilatı sutkada 1 milyon barel azaldıb. Rusiya hasilatı sutkada 500 min barel, sonra isə ixracı bu ilin sonunadək 300 min barel azaltdığını elan edib.
Bu kvotalar 2024-cü ildə gündəlik neft hasilatının Anqolada 1110 min barrel, Konqoda 277 min barrel, Nigeriyada isə 1500 min barrel həcmində olmasını nəzərdə tutur. 
OPEC+ təşkilatının neft hasilatı ilə bağlı qərarı Azərbaycana necə təsir edəcək?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bu qərarların Azərbaycan üçün neqativ təsirlərinin olacağını düşünmür.
KONKRET.az xəbər verir ki, o, Modern.az-a açıqlamasında deyib ki, neft hasilatının azaldılması barədə qərar reallıqda neft qiymətlərini OPEC+ ölkələri üçün gələn il üçün 80 dollardan aşağı düşməməsinə hesablanıb.
"Reallıqda göstərilən proqnozlar ona dəlalət edir ki, neft qiymətləri orta hesabla 85 dollardan də yuxarı olacaq. Cari ildəki qiymətlər yüksəyə hesablanıb. Burada bir stimul yaratmaq istəyirlər. Ehtiyatlar azalır və bu baxımdan hesab etmirəm ki, hazırkı qərarın iqtisadiyyatın neftdən asılı olan ölkələr üçün, o cümlədən Azərbaycan üçün neqativ təsirləri olacaq".
Neftlə bağlı qərar - VACİB AÇIQLAMAEkspert Azərbaycanın itirəcək heç bir şeyin olmayacağını diqqətə çatdırıb.
"Bu təşkilat ona görə yaradılıb ki, iqtisadiyyatı neftdən asılı olan ölkələrin maraqlarını qorusun. Azərbaycan üçün ayrılan kvotaya biz baxın, 551 min barel, ancaq okytabrda Energetika Nazirliyinin açıqladığı rəqəmə görə bu 489 min barel olub. Azərbaycanın itirəcəyi heç bir şey yoxdur. Bu baxımdan imkanlarımız o kvotadan yüksəkdir. Hasilatımız azalır və yeganə ümidimiz bazarda qiymətlərin yüksək olmasıdır ki, onu gəlirlərimizlə konpensasiya edə bilək."
Qeyd edək ki, gələn il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel təşkil edir. "OPEC plus"un növbəti görüşü 2024-cü ilin 1 iyun tarixinə təyin edilib.

Sosial       Tarix: 02 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

Soyuqdəymənin ilk əlamətləri zamanı bunları edin

Soyuqdəymənin ilk əlamətləri hiss olunan kimi xəstəliyi "ayaqüstə" keçirməyə çalışmaq məsləhət görülmür. Mütəxəssislər bu mərhələdə evdə qalmağı, istirahət etməyi və vəziyyət pisləşərsə həkimə müraciət etməyi tövsiy

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

Kimya, biologiya, fizika... - Gələcəkdə müəllim qıtlığı yarana bilər?

Son illərdə əmək bazarında ixtisaslı müəllimlərə olan tələbatlayanaşı, müəllimlik ixtisaslarına tələbə marağı da diqqət çəkən məsələlərdənbirinə çevrilib. 2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulzaman

Arıqlamaq istəyənlərin NƏZƏRİNƏ - Nahar üçün ideal vaxt açıqlandı

Naharın hansı saatda yeyilməsi yalnız gündəlik qidalanma rejiminə deyil, çəkiyə nəzarətə də təsir göstərə bilər. Aparılan araşdırmalardan birində arıqlamağa çalışan 420 nəfərin qidalanma vərdişləri izlənilib. Məlum olub ki

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Azərbaycanda toylar üçün yeni təklif - 2 saat, maksimum 100 nəfər

Toy mərasimlərinin ailə büdcəsinə yaratdığı maliyyə yükünün azaldılması üçün mərasimlərin müddəti və iştirakçı sayı ilə bağlı müəyyən məhdudiyyətlərin tətbiqi təklif olunur. Sosioloq Hüseyn İbrahimov yeni sabah-a açıqlamasınd

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxabar sonxəbər bu gune olan xeberler valyuta mezennesi