Nensi Pelosi İrəvana gəlir - Tayvandan sonra Ermənistana səfər edən amerikalı spikerin səfərinin məqsədi nədir?
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi yaxın günlərdə Ermənistana səfər edəcək. Azərbaycanla Ermənistan arasında münasbətlərin daha da gərginləşdiyi bir ərəfədə bu səfərin təşkili xüsusilə diqqət çəkir. Yadınızdadırsa, N.Pelosi avqust ayının 2-də Çin-Tayvan arasında gərginliyin ən pik həddə çatdığı bir dövrdə Tayvana da səfər etmişdi.
O zaman sual olunur, N.Pelosi İrəvana niyə səfər edir?
Birincisi, N.Pelosi Tayvan səfərində olduğu kimi, İrəvan səfərinə də "demokratiyanı dəstəkləmək" öhdəliyi kimi yanaşır. ABŞ mümkün olan bütün vasitələrdən istifadə edərək Paşinyanın hakimiyyətdə qalmasına nail olmağa çalışır. Paşinyanın iki gün öncə canlı efirdən "əgər mən sənədə imza atsam, Ermənistanda hakimiyyəti dəyişə bilərlər" bəyanatı ABŞ-da narahatlıq yaradıb və bu səfər Paşinyanın hakimiyyətdə qalacağına olan əminliyi artırmaq üçün təşkil olunur.
İkincisi, bu səfərin əsas hədəflərindən biri ABŞ-da erməni lobbisinin güclü olduğu ştatlarda Demokratlar Partiyasına ciddi dəstək resursları yaratmaqdır. Məsələn, ermənilər Fransanının Marsel şəhərində nə qədər güclüdürlərsə, ABŞ-ın Kaliforniya ştatında da (təxminən 200 min nəfər) bir o qədər gücə malikdirlər. Hətta ştatın Qlendeyl şəhəri erməni ideoloqlarının və biznesmenlərinin əsas nöqtələrindən birinə çevrilib. N.Pelosinin təmsil etdiyi Demokratlar Partiyası həmin şəhərdə zəifdir, bu günə qədər də demokratlar erməni kartından ciddi və həssas şəkildə istifadə ediblər.
Üçüncüsü, N.Pelosinin "Çarpaz missiyaçı" adlandırırlar. Bu o deməkdir ki, bu düşərgə Paşinyanı demokrat kimi qəbul edir və N.Pelosinin səfəri İrəvanın Kremldən daha da uzaqlaşdırılmasına hesablanıb. Heç şübhəsiz ki, N.Pelosi İrəvanda bağlı qapılar arxasında Ermənistanı Rusiyadan qoparmağın yeni situasiyaya uyğun detallarını da paket şəklində özü ilə gətirəcək.
Əslində belə bir durum hər iki istiqamətdə Azərbaycanın maraqlarına cavab verir. Nə üçün?
Birincisi, bizə sülh mqaviləsi lzaımdır və Paşinyan Qərbin adamı kimi sülh müqaviləsinə imza atmağa çalışır. Əgər belə olacaqsa, müqavilədə ABŞ-ın maraqları da (Ermənistan və region kontekstində) öz əksini tapmalı olacaq. Eyni zamanda, İrəvan ABŞ-a daha da yaxınlaşacaq. ABŞ Rusiyanın ciddi şəkildə faydalana biləcəyi dəhlizin açılmasına dəstək ifadə etmir. Rusiya bütün bunları dəqiq hesabladığına görə;
İkincisi, "Qarabağ ermənilər"inin vasitəsilə İrəvanda, Xankəndidə mitinqlər təşkil etməklə, həm sülh müqaviləsini əngəlləyir, həm Paşinyanı çətin ağır şərtlərlə üz-üzə qoyur, həm də sülh müqaviləsinin yalnız Rusiyanın istədiyi vaxtda və müəyyənləşdirdiyi şərtlər çərçivəsində imzalanacağının mesajını verir.
Onu da qeyd etmək laızmdır ki, Rusiya N.Pelosinin Tayvana səfərini provokasiya adlandırmışdı. N.Pelosinin İrəvan səfərinə Rusiyanın reaksiyası maraqlı ola bilər.
Samir Feyruzov

Formula-1: ikinci sərbəst yürüş başladı
Səudiyyədən TƏCİLİ HƏRBİ ADDIM: Türkiyə və Pakistan
Yeraltı sərvətlər yeni iş yerlərinə çevriləcək - Azərbaycanda böyük plan
Gəncədə "Kia" ilə "Qazel" toqquşdu – 18 yaşlı sürücü yaralandı - FOTO
Hər gün içilən pivənin gizli təhlükəsi - Narkoloq xəbərdarlıq etdi
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
11 yaşımda ana oldum, mən böyümədim' - Xalq artisti
Ülviyyə Əliyevaya ağır itki
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
2 aktrisa saxlanıldı
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Biran Damla Yılmaza Almaniyada 6 ay həbs cəzası verildi
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı