Nərmin Kərimbəyova aparıcılığa başladı
Rəqsləri, oxu tərzi və səsi ilə son zamanların sevilən müğənnisi Nərmin Kərimbəyova aparıcılıq edəcək. Yerli telekanallardan birində efirə gedəcək proqram "Karaoke özəl" adlanır.
Bu haqda azxeber.com-a özəl açıqlama verən Kərimbəyova artıq bir neçə ildir ki, aparıcılıqla bağlı təkliflər aldığını, lakin təklif olunan formatı özünə uyğun bilmədiyi üçün razılığa gəlmədiklərini bildirib:
"2020-ci ildən bu yana aparıcılıq təklifləri alırdım. Hər zaman qatıldığım verilişlərdə istər danışıq qabiliyyətim, istər səs tonum, istər savadım ilə hər kəsin diqqətini cəlb etmişəm və aparıcılıq təklifləri almışam. Sadəcə olaraq musiqiyə yetərincə zaman ayıra bilməmək qorxusundan təklifləri rədd etmişəm. Bu dəfə isə məni və musiqimi sevən, dəyər verən Kazım Sübhandan təklif gəldi. O, məni inandırdı ki, bu məndə çox gözəl alınacaq və mən bu format üçün ideal şəxsəm".
İxtisasca hüquqşünas olan müğənni əslində aparıcılığın onun üçün yenilik olmadığını deyib:
"Mən hələ hüquqşünas işlədiyim zamanlardan bir çox tədbirlərin, dil təlimlərinin aparıcısı olmuşam. Əslində mən o illərin təcrübbəsinə arxalanaraq geri dönüş etmişəm. İndi isə müğənnilikdə qazandığım pozitivliyi də savadıma qataraq hər şeyin ən yaxşısının olması üçün əlimdən gələni edəcəm".
Aysel Hacızadə



Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Politoloq: "3+3" formatı 6 ildir nəticə vermirsə, bundan sonra da real effekti olmayacaq
Bakıda 21 yaşlı kişi bıçaqlandı
Naxçıvanda zəncirvari yol qəzası olub, xəsarət alanlar var
Bakının bu rayonunda 2 gün su olmayacaq - Xəbərdarlıq
Aİ-nin Azərbaycandakı Nümayəndəliyi Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib
Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Qızıl və gümüş bahalaşdı
Rəis müavini faciəli şəkildə HƏYATINI İTİRDİ
İsrail Prezidenti Bakıya BELƏ GƏLİBMİŞ
Naxçıvanda avtomobil piyadanı vurdu
Əhmədli metrosunun qarşısında ağır qəza - Ölən var