Netanyahudan TƏCİLİ ANONS: "Müharibə hər an yenidən başlaya bilər"
İsrailin Baş naziri Benyamin Netanyahu video müraciətində ölkəsinin İranla hərbi əməliyyatların bərpa olunması ehtimalına tam hazır olduğunu bəyan edib. Netanyahu eyni zamanda "Hizbullah"a qarşı əməliyyatların davam etdiyini və Livanla yeni danışıqlar prosesində iştirak etdiklərini bildirib.
KONKRET.az xəbər verir ki, Baş nazir ABŞ-ın İranla təmasları barədə İsraili mütəmadi məlumatlandırdığını vurğulayıb. "Birləşmiş Ştatlarla hədəflərimiz üst-üstə düşür: biz zənginləşdirilmiş materialların İrandan çıxarılmasını, ölkə daxilində zənginləşdirmə imkanlarının tamamilə ləğvini və əlbəttə ki, boğazların açılmasını istəyirik. Hazırda bu prosesin necə yekunlaşacağını demək tezdir, lakin müharibənin yenidən alovlanma riskini nəzərə alaraq, hər bir ssenariyə hazırıq", — deyə Netanyahu qeyd edib.
Livanla aparılan danışıqlara da toxunan Baş nazir, bu prosesin məhz İsrailin hərbi qüdrəti sayəsində mümkün olduğunu bildirib. Onun sözlərinə görə, danışıqların iki əsas hədəfi var: "Hizbullah"ı sərhəddən uzaqlaşdırmaq və "güc vasitəsilə sülh" prinsipi əsasında dayanıqlı sabitliyə nail olmaq.
Netanyahu həmçinin əlavə edib ki, İsrail ordusu "Hizbullah"ın Bint-Cubeyldəki əsas qalalarından birini məhv etməyə fokuslanıb və zərbələr davam edir. O, təhlükəsizlik zonasının gücləndirilməsi və yerli druz əhalisinə dəstək məqsədilə bu zonanın şərqə — Hermon dağının yamaclarına doğru genişləndirilməsi barədə əmr verdiyini açıqlayıb.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK