Nəzəriani və Yusubov dünya ikincisi oldu

Nəzəriani və Yusubov dünya ikincisi olduSentyabrın 25-26-da Rumıniyanın Konstanta şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının final mərhələsi keçirilib.
Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.
Bildirilib ki, yarışda ölkəmizi üç güləşçi təmsil edib və onların üçü də fəxri kürsüyə qalxıb.
Omid Kamaliağdam C qrupunda Rumıniyanın 2 güləşçisinə qalib gəldikdən sonra Portuqaliya idmançısını üstələyərək yarımfinala yüksəlib. Finalın bir addımlığında Ukrayna təmsilçisinə məğlub olan Omid Rumıniyadan olan rəqibinə növbəti dəfə qalib gələrək Dünya Seriyasının sonuncu - 4-cü mərhələsini bürünc medalla başa vurub.
İbrahim Yusubov təsnifatda yunan güləşçini mübarizədən kənarlaşdıraraq qrup mərhələsinə yüksəlib. Yunanıstanın daha bir təmsilçisinə qalib gəldikdən sonra Pakistan idmançısına uduzan Yusubov Ukrayna pəhləvanından güclü olmaqla yarımfinala vəsiqə qazanıb. Türkiyəli rəqibinə xal verməyən İbrahim həlledici görüşdə gürcü həmkarını məyus edərək qızıl medala sahib çıxıb.
A qrupunda mübarizəyə start verən Oyan Nəzəriani Yunanıstanın 2 güləşçisiylə yanaşı, İtaliya idmançısına heç bir şans tanımayıb. Yarımfinalda Rumıniya təmsilçisinə gücünü göstərən Oyan finalda Gürcüstan pəhləvanını da məğlub edərək turnirin baş mükafatına yiyələnib. Nəzəriani həm də yarışın ən yaxşı fəndini edən güləşçi kimi xüsusi mükafata sahib çıxıb.
Beləliklə, İyulda Fransada startı verilən və 4 mərhələdən ibarət olan çimərlik güləşi üzrə Dünya Seriyasına Rumıniyada yekun vurulub. Bu mərhələlərdə toplanan xallara əsasən dünya çempionları müəyyənləşib. İbrahim Yusubov (90 kq) və Oyan Nəzəriani (+90 kq) dünya ikincisi olub. Onu da nəzərinizə çatdıraq ki, bu 2 güləşçi ilk mərhələdə iştirak etməyib.
80 kq
C qrupu
1-ci görüş: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
2-ci görüş: Omid Kamaliağdam – Radu Huhulea (Rumıniya) 3:0
3-cü görüş: Omid Kamaliağdam – Edmilson Qomes (Portuqaliya) 3:0
1/2 final: Omid Kamaliağdam – Vasili Mixaylov (Ukrayna) 1:3
Bürünc medal görüşü: Omid Kamaliağdam – Vasile Minzala (Rumıniya) 3:1
90 kq
Təsnifat: İbrahim Yusubov – Georgios Tsaknakis (Yunanıstan) 2:1
B qrupu
1-ci görüş: İbrahim Yusubov – Mixeil Tsikovani (Yunanıstan) 3:0
2-ci görüş: İbrahim Yusubov – Məhəmməd İnam (Pakistan) 0:3
3-cü görüş: İbrahim Yusubov – Aleksey Yakovçuk (Ukrayna) 3:1
1/2 final: İbrahim Yusubov – Mahmut Seyfi Özkaya (Türkiyə) 3:0
Final: İbrahim Yusubov – Dato Marsaqişvili (Gürcüstan) 3:1
+90 kq
A qrupu
1-ci görüş: Oyan Nəzəriani – Konstantinos Fotiadis (Yunanıstan) 5:0
2-ci görüş: Oyan Nəzəriani – Axilles Xrisidis (Yunanıstan) 5:1
3-cü görüş: Oyan Nəzəriani – Eduardo Qiqliotti (İtaliya) 3:0
1/2 final: Oyan Nəzəriani – Vasile Karas (Rumıniya) 3:0
Final: Oyan Nəzəriani – Mamuka Kordzaya (Gürcüstan) 2:0
Qeyd edək ki, Dünya Seriyasının final mərhələsində beynəlxalq dərəcəli hakim Sədi Quliyev ədaləti qoruyub.

İdman       Tarix: 26 sentyabr 2021
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İki güləşçimiz dünya çempionatının finalında

Azərbaycanın iki güləşçisi dünya çempionatında finala vəsiqə qazanıb. KONKRET.azxəbər verir ki, Astanada keçirilən yarışda yunan-Roma güləşçiləri Eldəniz Əzizli və Sənan Süleymanov həlledici görüşə vəsiqə əldə edib. Onla

7 qat Azərbaycan çempionu diskvalifikasiya olundu

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) boksçu Daniel Holostenkonu iki il müddətinə cəzalandırıb. xəbər verir ki, bu barədə AMADA-dan məlumat verilib. Bildirilib ki, idmançı tərəfindən məkan məlumatı pozuntusu aşkarlanıb

Qəzet oxumayan Kral: Əfsanəyə çevrilən ömür

"Mən futbol oynamaq üçün doğulmuşam. Necə ki Bethoven möhtəşəm musiqi bəstələmək, Mikelancelo isə rəsm çəkmək üçün dünyaya gəlib". Pele. 1940-cı il oktyabrın 23-də Braziliyanın Tres-Korasoyns şəhərində Edson Aranti

Farslar təhqir yağdırdı, "Traktor" oyundan imtina etdi

Oktyabrın 18-də İran Premyer Liqasının IX turu çərçivəsində Gilan əyalətinin Ənzəli şəhərində keçirilməsi planlaşdırılan matçda Təbrizin "Traktor" komandası meydana çıxmaqdan imtina edib. KONKRET.azxəbər verir ki

UEFA-dan Fəridə Lütfəliyevaya təyinat

Azərbaycanın qadın FİFA referisi Fəridə Lüftəliyeva UEFA tərəfindən təyinat alıb. xəbər verir ki, Gürcüstanda keçiriləcək qadınlar arasında U-17 Avropa çempionatının seçmə mərhələsinin B4 qrupunda iki oyunun baş hakimi olacaq

"Barselona" El-Klasikoya xüsusi formalarla çıxacaq

"Barselona" klubu oktyabrın 26-da La Liqada "Real Madrid"lə keçirəcəyi El-Klasiko matçında amerikalı reper Tayler (The Creator) tərəfindən yaradılmış GOLF WANG brendinin loqosunu daşıyan xüsusi formad

"Real Madrid"in ulduzu bu komandaya gedir

"Real Madrid"in əfsanəvi müdafiəçisi Dani Karvaxal karyerasında gözlənilməz addım ataraq İspaniyanın digər təmsilçisi "Xetafe" ilə müqavilə bağlayacaq. KONKRET.azxəbər verir ki, bu barədə məşhur insayde

Konfrans Liqası: I turun oyunlarına start verilir

UEFA Konfrans Liqasında Liqa mərhələsinin I turunun oyunlarına bu gün start veriləcək. KONKRET.azxəbər verir ki, Türkiyənin "Trabzonspor" klubu səfərdə "KuPS"la üz-üzə gələcək. UEFA Konfrans Liqası. Liq

"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir

Misli Premyer Liqasında 8-ci tur davam edir. . xəbər verir ki, Turun mərkəzi matçında "Qarabağ" "Neftçi" ilə üz-üzə gələcək. Qeyd edək ki, tura sabah keçiriləcək iki görüşlə yekun vurulacaq. Misli Premye


son xeberler azerbaycan xeberleri yeni xeberler qarabag bugunun xeberleri son xeberler bugun 2026 canli ən son xəbərlər bugün