Nicat Lənkəranskinin həbsinin sirri: Sirkin yanındakı atışmada

Nicat Lənkəranskinin həbsinin sirri: Sirkin yanındakı atışmadaİstisna deyil ki, kriminal hesablaşmanın qarşısını almaq üçün düşmən tərəflər həbsə salınıb.
Martın 10-da Bakı Sirkinin qarşısında sui-qəsd cəhdi edilən Nicat Ələkbərovun (Lənkəranski) hadisədən  bir neçə gündən sonra həbs edilməsi əslində, gözlənilməz olmadı. Nicat Lənkəranski Cinayət Məcəlləsinin 234.4.3-cü (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma - külli miqdarda törədildikdə) maddəsi ilə  saxlanıldığı deyilir. Nicat Lənkəranskinin(o "Talış Nicat" ayaması ilə də tanınır) bu ittihamla həbs edilməsi bir az müəmmalıdır. Amma səbəb nə olursa-olsun bu həbsin sözügedən sui-qəsd cəhdi ilə birbaşa bağlı olduğu şübhə doğurmur. Mümkündür ki, bu ilkin ittihamdır, sonrakı mərhələdə Nicat Lənkəranskiyə daha ağır ittihamlar verilsin. Çünki sui-qəsd cəhdinin arxasındakı səbəb məhz Nicat Lənkəransikiyə yönəlik qətl ittihamlarıdır. O da istisna deyil ki, bu kriminal hesablaşmanın  davam etməsinin qarşısını almaq üçün düşmən tərəflər həbsə alınıb.
Qeyd edək ki, sui-qəsdlə bağlı  3 nəfərin həbs edildiyi, onlardan birinin kriminal avtoritet Emin Qasımovun qardaşı Elvin Qasımov  olduğu bildirilir. Bunu rəsmi olaraq hələ də təsdiqləməyiblər, amma bu hesablaşmanın qan düşmənçiliyi, intiqam olduğuna şübhə yoxdur. 
Qeyd edək ki, silahlı hücumda hədəfin Nicat Lənkəranski olunduğu şübhə doğurmur. Çünki ötən ilin oktyabr ayının 25-də İstanbulda əslən Şərur rayonundan olan kriminal avtoritet, "Qardaşoğlu" ləqəbilə tanınan Elnur Qasımov öldürülməsində Nicat Lənkəranskinin adı hallanır. Hadisə İstanbulun Ataşəhər adlanan hissəsində baş verib. Belə ki, oktyabrın 25-də Ataşəhərə qardaşı oğlu ilə birgə gələn Şərur rayon sakini Elnur Qasımov oradakı binaya daxil olmaq istəyərkən bu zaman onlara yaxınlaşan avtomobildən atəş açılıb. 6 güllədən 4-ü Elnur Qasımova müxtəlif yerlərindən dəyib. Ağır xəsarət alan E.Qasımov xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
"Qardaşoğlu" Rövşən Lənkəranskinin klanına daxil olan Emin Naxçıvanskinin qardaşıdır. Belə ki, Elnur Qasımovun qardaşı Emin kriminal aləmin tanınmış simalarından biridir. Emin Naxçıvanski kimi tanınan avtoritet dəfələrlə həbsdə olub, sonuncu dəfə ötən il həbsdən buraxılıb. Elnur Qasımov Türkiyədən gətirilərək Şərur rayonunda dəfn edilib.
Hələ o zaman yerli mediada qətl işində Nicat Lənkəranskinin adı hallanırdı.  Yerli mətbuatda haqqında gedən məlumatlardan bəlli olur ki, Nicat Lənkəranski əvvəl Rövşən Caniyevin adamlarından biri olub. Bir versiyaya görə, Rövşən Lənkəranksinin qətlindən sonra onun Lotu Qulinin tərəfinə keçdiyi iddia edilirdi. Başqa bir versiyada isə bunun əksi iddia olunur. Bildirilir ki, Rövşən Lənkəraniskidən sonra Nicat Lənkəraniski parçalanmış və dağınıq halda olan "rövşənçiləri" bir araya toplamağa çalışıb. Bu da digərlərinin xoşuna gəlməyib.
Nicat Lənkəranskinin adı 2018-ci ilin noyabrında Rövşən Lənkəranskinin daha bir yaxın adamı, Əhmədli Ruslan kimi tanınan avtoritetin yaralanmasında da hallanmışdı. Ruslanın da Lənkərandan olduğu, amma Bakının Əhmədli qəsəbəsində doğulduğu deyilirdi. Onun 1 saylı Cəzaçəkmə Müəssəsində məhkumluq həyatı yaşadığı vaxt həm də Pervıy Ruslan kimi tanınmağa başlamışdı. Elə orada da Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxdığı" barədə kifayət qədər məlumatlar var. 2016-cı ilin yayında isə Rövşən Lənkəranski İstanbulda "qanuni oğru"ların toplantısı keçirərkən Ruslan Əhmədliyə "tacqoyma" mərasimi keçirib.
Məlumatda bildirilirdi ki, guya Lənkəranskinin qətlindən sonra Nicat son vaxtlar öz çevrəsində deyirmiş ki, o, "oğru dünyası"nın əsas adamlarından olacaq. Bu iddiaya düşməsi isə kriminal çevrələrdə xoş qarşılanmayıb. Nicatla görüşüb, söhbət etmək, 14 il qapalı rejimli həbsxanada cəza çəkmiş Ruslana həvalə edilib. Nicat və Ruslanın münasibətləri Rövşən Lənkəranskinin sağlığında heç də pis olmayıb.
Bildirilirdi ki, o, 2018-ci ilin noyabr ayının 30-da Nicatı ofisinə çağıraraq, onunla söhbət edib, sonra isə mübahisə ediblər. Bu zaman Nicat üstündəki odlu silahı çıxararaq Ruslana iki dəfə atəş açıb. Onun İstanbulun məşhur xəstəxanalarından birində uzun müddət müalicə aldığı bildirilirdi.///musavat.com / azxeber.com

Sosial       Tarix: 20 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bakının bəzi küçələrində hərəkət məhdudlaşdırılır – Marşrutların sxemi dəyişdirilir

Bakının bir sıra küçə və prospektlərində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək. xəbır verir ki, məhdudiyyətlə əlaqədar bu gün saat 20:00-dan etibarən 2, 7A, 14

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən son xəbərlər xeberler bugun cəbhədən yeni xəbərlər cəbhədən şad xəbər