Niger hərbçiləri prezidentin hakimiyyətdən uzaqlaşdırıldığını ELAN ETDİ
Hərbi qrup Nigerin milli televiziyasında Prezident Məhəmməd Bazumun hakimiyyətdən uzaqlaşdırıldığını elan edib.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, onlar Nigerin sərhədlərinin bağlandığını və ölkədə komendant saatı elan olunduğunu bildiriblər.
Əsgərlərin həmçinin milli televiziya binasına gedən bütün yollara nəzarət etdiyi deyilir. Bazum tərəfdarları da öz növbəsində Niameydəki milli assambleyada mitinq keçirərək, prezidentin azad olunmasını tələb etsələr də, polis onları dağıdıb.
Qeyd edək ki, iyulun 26-da bir sıra KİV Niger Prezident Qvardiyasının dövlət başçısı Məhəmməd Bazumu girov götürməsi barədə məlumat yayıb.
Bildirilib ki, Afrika ölkəsi lideri mühafizəçilərinin üsyanına dəstək verməyib.
Daha sonra məlum olub ki, Benin Prezidenti Patris Talon vəziyyətin həllində vasitəçilik etmək üçün Nigerə gedib.
İqbal Rzayev,
KONKRET.az

Zaqatalaya güclü leysan və dolu yağıb
Buraxılış və qəbul imtahanları fənlərinin proqramları təsdiqləndi
Gəncədə 5 aylıq uşaq xəstəxanada öldü
Cəlilabadda açıq sahədə baş vermiş yanğın söndürülüb
Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər
Hindistanın xarici işlər naziri Atəşgah məbədini ziyarət edib
Moldova XİN azərbaycanlıların olduğu gəmiyə endirilən zərbəni pisləyib
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Azərbaycan və Pakistan arasında ədliyyə sahəsində əməkdaşlıq müzakirə olunub
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub
Qeyri-neft-qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib
Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar
"Bavariya" Vensan Kompaninin səhhəti ilə bağlı açıqlama verdi
Qazancına görə bütün futbolçuları geridə qoydu