Nikol bu dəfə Vanetsyana hücum etdi – İrəvanda siyasi toqquşmalar qızışır

Nikol bu dəfə Vanetsyana hücum etdi – İrəvanda siyasi toqquşmalar qızışırErmənistanda hakimiyyətin müxalifətə qarşı siyasi repressiyası genişlənir.
Publika.az xəbər verir ki, "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Sarukyandan sonra Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, "Vətən" partiyasının sədri Artur Vanetsyanla bağlı da cinayət işinin açıldığına dair xəbərlər yayılıb.
Partiyanın rəsmi açıqlamasında bildirilir ki, cinayət işinin detalları məlum deyil.
Vanetsyan bu gün səhər saatlarında Milli Təhlükəsizlik Xidmətinə (SNS) dəvət olunub.
Lakin SNS-nin rəsmi açıqlamasında Vanetsyanla bağlı cinayət işinin başlanması xəbərləri təkzib olunub.
"Vətən" partiyasının funksioneri Arsen Babayan bildirib ki, Paşinyan Vanestyana qarşı repressiya tətbiq edir.
"Partiya sədrinin SNS-yə dəvət olunması siyasi repressiyanın başlanğıcıdır. Cinayət işinin başlanacağı haqda da xəbərlər yayılıb. Bizə bildirirdilər ki, bu haqda izahatdan sonra məlumat veriləcək. Lakin hər şey müəmmalı olaraq qalır", - Babayan deyib.
"Faktinfo" saytı isə yazır ki, Vanetsyan "Milli təhlükəsizlik orqanları haqqında" qanunun 16-cı maddəsinin pozulması ilə bağlı izahat verib.
A.Vanetsyan izahat verdikdən sonra jurnalistlərə açıqlamasında bildirib ki, hakimiyyət siyasi fəaliyyətini dayandırmaq üçün ona müxtəlif yollarla təzyiq edir.
Erməni siyasətçi keçmiş prezidentlər – Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyanla görüşəcəyini istisna etməyib.
Asif

Dünya       Tarix: 31 iyul 2020
f Paylaş

Oxşar xəbərlər

İsrail bu şəxslərə "yaşıl işıq" yandırdı - Ölkəyə daxil ola bilərlər

İsrail yanvarın 9-dan vaksinasiya olunmuş və ya COVID-19-dan sağalmış turistlərin ölkəyə daxil olmasına icazə verəcək. xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Bu, "narınc

Bu ay Yer kürəsində 6 maqnit qasırğası olacaq

Cari lilin yanvar ayının ortasında Yer kürəsinin sakinləri maqnit qasırğaları ilə üz-üzə qalmalı olacaqlar. xəbər verir ki, bu barədə P.N. Lebedeva adına Fizika İnstitutu məlumat yayıb. Belə ki, 11, 12, 15, 17, 18 yanva

İranda dəhşət yaşanır - 6 nəfər öldü, çox sayda şəxs

Ötən 6 gün ərzində İranda sel və daşqınlar nəticəsində 6 nəfər həlak olub. xəbər verir ki, bunu İranın Qırmızı Aypara Cəmiyyətinin sədri Pirhüseyn Kulivənd deyib. P.Kulivəndin sözlərinə görə, İranın 17 vilayətinin 87 rayonund

Borrel Donbasa gedəcək - Təmas xəttində

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya səfər edəcək. xəbər verir ki, bu barədə Avropa Komissiyasının məlumatında deyilir. Ali komissarın 4-6 yanva

80 il əvvəl yoxa çıxan sualtı qayıq TAPILDI

Yunan dalğıcları Egey dənizinin dibində 80 il əvvəl yoxa çıxan italyan sualtı qayığını tapıblar. xəbər verir ki, bu barədə "Ekspress" məlumat yaydı. Bildirilib ki, "Jantina" sualtı qayığı göyərtəsind

Çin planları açıqladı: 2022-ci ildə kosmosa

Çin 2022-ci ildə tikilməkdə olan Tiangong Milli Kosmik Stansiyasına missiyalar da daxil olmaqla 40-dan çox kosmosa buraxılış həyata keçirməyi planlaşdırır. xəbər verir ki, bu barədə məlumatı Çin Aerokosmik Elm və Texnologiy

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını

ABŞ Rusiya ilə razılaşmaya görə BU ÖLKƏLƏRİ qurban verəcək - ŞOK İDDİA

ABŞ Rusiya ilə strateji razılaşmaya Baltikyanı ölkələri qurban verə bilər. xəbər verir ki, bu barədə amerikalı analitik Devid Payn "The National Interest" jurnalında dərc olunan məqaləsində qeyd edib. Nəşrdə eksper

İsrail ordusu Qəzza zolağında Həmas-ın hədəflərinə zərbələr endirdi

İsrail ordusu Qəzza zolağında "Həmas" hərəkatının hədəflərini vurmaq üçün təyyarə və tanklardan istifadə edib. xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti bildirib. Məlumata əsasən, zərbələr "Həmas"ı


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes xeber.az xeberler bugun 2026 son xeberler bugun 2026 azerbaycan