"Nikol o qədər həyasızdır ki, tarixi yenidən yazmağa çalışır" - Şarmazanov
"Müharibədən sonra komandası ilə birlikdə qorxaraq bunkerə qaçan təslimçi bu gün o qədər həyasızdır ki, tarixi yenidən yazmağa çalışır."
KONKRET.az xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri, hazırda müxalifətdə olan Respublika Partiyasının üzvü Eduard Şarmazanov baş nazir Nikol Paşinyanın 44 günlük müharibənin şəraitinin öyrənilməsi üzrə istintaq komissiyasındakı son bəyanatlarına münasibət bildirərkən deyib.
Şarmazanov qeyd edib ki, müharibəni başladan və Qarabağı təslim edən Nikol Paşinyan yalan və hiylə yaymaqda davam edir. Erməni xalqının 30 illik mübarizəsini heç edir və özünün əməllərinə görə başqalarını ittiham etməkdə davam edir.
"O, hər dəfə daha iyrənc və daha böyük yalan ortaya qoymaq, cəmiyyəti bu yalana inandırmaq istəyir", – deyə keçmiş vitse-spiker bidirib.
Şarmazanov vurğulayıb ki, nə olursa olsun, Nikol Paşinyan buna nail ola bilməyəcək. Nikol-Əliyev-Ərdoğan üçlüyü öz məqsədinə çata bilməyəcək.
"Biz ümummilli üsyanla bunun qarşısını almalıyıq, başqa variant yoxdur. Bu Vətən hamımızındır və insanlar Əliyev və Ərdoğanın icazəsi ilə Nikol kimi türk qul statusunda, yoxsa normal, erməniyə layiq yaşamaq istədiklərini seçməlidirlər", – deyə Eduard Şarmazanov sərsəmləyib.
Günel Mikayılova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi