Nikol Paşinyan: "Şuşa Ermənistanın nəzarətində qaldığı zaman müharibəni dayandıra bilərdik"
Biabırçı məğlubiyyətdən hələ də özünə gələ bilməyən ermənilər, üç ilə yaxındır ki, müharibənin təsirindən ayıla bilmirlər. Aylarla küçələrdə mitinq və nümayişlər edən, növbədənkənar sekilər keçirən, hər cür əməllərə əl atan ermənilər biri-birilərini ittiham edirlər.
İndi dövlətçiliyini itirmək təhlükəsiylə üzləşən Ermənistanda siyasi vəziyyət yenə sabit deyil. Ermənistan hakimiyyətinin verdiyi bəyənatlar, atdığı addımlar düşmən ölkənin siyasi həyatında önəmli rol oynayır. Baş Nazir Nikol Paşinyana münasibət də bir mənalı deyil.
Erməni siyasi dairələrində ciddi tənqid olunan Paşinyan 44 günlük müharibənin istintaq komissiyasına çağırılıb. Baş nazirin istintaqa söylədikləri isə Ermənistan mətbuatının gündəmini zəbt edib.
Paşinyan istintaqda bildirib ki: "Müharibənin gedişində Azərbaycanın tələbi Şuşaya azərbaycanlıların köçürülməsiylə bərabər, ora ayrıca yol çəkmək olar. Həmçinin tələbdə o da vurğulanıb ki, Şuşaya yol Laçın dəhlizindən kənardan keçməli və azərbaycanlıların nəzarətində olmalıdır. Bu isə döyüşsüz, filansız Şuşanı Azərbaycana vermək idi.
Müharibəni vaxtından əvvəl dayandırmaq variantı da var idi. Bunun üçün Azərbaycanın tələb etdiyi 7 rayonu təhvil verməli idik. Şuşa Ermənistanın nəzarətində qaldığı bir vaxtda müharibəni dayandırmaq imkanımız olsa da, mən bunu əldən verdim. İndi məni ittiham edirlər ki, əgər mən azərbaycanlıların Şuşaya qayıtmasına razılıq versəydim Şuşa yenə Ermənistanın nəzarətində qalacaqdı. Həmin ifadənin özü qüsurludur. Şuşayla bağlı sual gündəmə gələndə mən qarşı tərəfin mövqeyini öyrəndim. Məlum oldu ki, azərbaycanlı qaçqınların Şuşa və Qarabağın digər yaşayış məntəqələrinə qayıtması ilə razı olduğumu bəyan etməliyəm. Bu təklifi qəbul etməməyimin bir səbəbi də bu idi ki, bununla bağlı qərar versəydim Laçın dəhlizi işləməyəcəkdi. Çünki Şuşa yolu Laçın dəhlizinə girmədiyindən azərbaycanlılar onu istənilən vaxt bağlaya bilərdilər", – deyə Paşinyan bildirib.
30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan hazırkı real vəziyyətlə barışmaq istəmir. Amma onların uğursuz cəhdi bir nəticə verməyəcək. Azərbaycan öz ərazilərinə sahibdir və dövlət sərhədlərinə nəzarət edir.
Vəli Həsənov,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi