Nikol Paşinyanın Qarabağla təmasları rəsmən təsdiqləndi – Baqdasaryandan AÇIQLAMA
"Son günlər müxtəlif xəbər agentliklərində Ermənistan hakimiyyətinin bütün səviyyələrdə Qarabağdakı həmkarları ilə təmaslarını dayandırması barədə xəbərlər yayılır. Bundan başqa, qeyd olunur ki, Laçın dəhlizinin bağlanması nəticəsində yaranan humanitar böhran indiki hökumətin gündəmində deyil".
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryanın özünün Facebook səhifəsində yazıb.
"Biz vurğulamağı vacib hesab edirik ki, baş nazir Nikol Paşinyan Araik Arutyunyanla intensiv gündəlik təmaslarını dəfələrlə qeyd edib. A.Arutyunyan ictimai dinləmələrdə və müxtəlif formatlarda bu halı bir daha təsdiqləyib.
Bir daha xatırlatmaq istərdik ki, 2022-ci ildə Qarabağ əhalisinə dəstək məqsədilə Baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi ilə işçi qrupu yaradılıb. İşçi qrupuna səhiyyə, əmək və sosial məsələlər, ərazi idarəetmə və infrastruktur, iqtisadiyyat nazirləri, eləcə də digər dövlət departamentlərinin nümayəndələri daxildir. Məqsəd Qarabağ ermənilərinə humanitar lazımi təcili dəstəyi göstərməkdir", – deyə Baqdasaryan vurğulayıb.
Rəsmiyyə Şərifova,
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında Bayraq Günü münasibətilə paylaşım olunub
"Sabah" doğma meydanda xal itirdi
"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
Məşhur aktrisa vəfat etdi
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Benzin qiyməti kəskin ucuzlaşdı
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Bu hərbçilərə ali hərbi rütbələr verildi - Adlar
Ərdoğan sabah Qarabağa gəlir
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi