Niyə ermənilər Paşinyanı devirmir? - SƏBƏBLƏR

Niyə ermənilər Paşinyanı devirmir? - SƏBƏBLƏR"Son ayların təcrübəsi göstərdi ki, Qarabağ məsələsi müxalifətin əlində Ermənistanda hakimiyyəti dəyişdirmək üçün ən effektiv vasitə deyil".
Publika.az xəbər verir ki, erməni cəmiyyəti bu gün Moskvada Azərbaycan, Rusiya və Ermənistan liderləri səviyyəsində keçiriləcək görüşün nəticələrini nəfəsini saxlayaraq gözləyir desək, mübaliğə olmaz.
Bir neçə gündür mətbuatda və sosial şəbəkələrin erməni seqmentində Bakı ilə İrəvan arasında sərhədlərin demarkasiyası, məhkumların geri qaytarılması məsələsinin həlli və müharibədən sonrakı vəziyyətlə bağlı bir çox digər məsələlərin ehtiva edildiyi sənəd imzalanacağı barədə iddialar dolaşır. Ermənistanın ağrılı güzəştlərindən bəhs olunur.
Erməni politoloq Yervand Bozoyanın fikrincə, Ermənistandakı gərginlik və bədbin hisslər Paşinyan tərəfindən ictimai legitimliyin itirilməsi ilə əlaqələndirilir. 10 Noyabrda atəşkəs imzalandıqdan və müharibədəki məğlubiyyətdən sonra vətəndaşlar səlahiyyətlilərin açıqlamalarına inanmağı dayandırıb. Orduya əvəlki etibar da yoxdur: "Bu fonda Qarabağla bağlı hər hansı bir sənəd son dərəcə ciddi narahatlığa səbəb olur".
Politoloq əlavə edib ki, son aylardakı proseslər nəticəsində Ermənistan cəmiyyəti uzunmüddətli inkişaf, təhlükəsizliyin möhkəmləndirilməsi və s. ilə bağlı ümidləri mövcud hökumətə bağlamaqdan imtina edib: "Ermənistanda çox paradoksal bir vəziyyətin yaranıb. Dünya tarixindən məlumdur ki, bir ölkənin hərbi məğlubiyyətindən sonra tez-tez ordunun təşəbbüsü ilə hakimiyyət dəyişiklikləri olur. Latın Amerikası ölkələrində, bir sıra Avropa ölkələrində - İspaniyada, Yunanıstanda buna rast gəlinib. Bir qayda olaraq, hərbi forma geyən insanlar özlərini dövlətçiliyi xilas etməyə borclu hesab edir, xüsusi bir məsuliyyət daşıyırlar. Ancaq Ermənistanda çox qəribə bir vəziyyət görürük - ölkə lideri istefa vermək istəmir. Son dərəcə passiv və itaətkar davranır. Bu, çox təəccüblüdür və hətta Ermənistanda real güc strukturlarının olmadığını düşünmək olar".
Onun sözlərinə görə, müxalifət hazırkı komandanı hakimiyyətdən uzaqlaşdırmaq üçün güc strukturlarının funksiyalarını öz üzərinə götürməyə çalışır: "Mitinqlər təşkil etmək, "ləyaqət yürüşləri" keçirmək və s. bunu göstərir. Ancaq belə vəziyyətlərdə xüsusi bir uğur şansı yoxdur, çünki geniş kütlələr ancaq sosial və sosial-iqtisadi şüarlar altında küçələrə çıxırlar. 1988-ci ildə Ermənistanda başlayan hərəkat da, 2018-ci ilin aprel ayında olan "Məxməri inqilab" da milli-sosial bir hərəkat idi. İnsanlar oliqarx rejim hesab etdiklərindən xilas olma və yaxşı yaşamaq istəyirdilər. Hazırda müxalifətin fəaliyyəti "yaxşı yaşamaq" fikrinə söykənmir, "dövləti xilas etmək" fikri var. Bu da ancaq gündəlik problemləri və qayğıları ilə yaşayan adi bir vətəndaşa çox şey demir. Bu vəziyyət müxalifətin şansını qeyri-effektiv hala gətirəcək. Ən yaxşı halda, hərəkatın "ictimailəşməsinə" gedə bilərlər, ancaq bunun üçün biraz vaxt lazımdır".
Zümrüd

Dünya       Tarix: 11 yanvar 2021
f Paylaş

Oxşar xəbərlər

2021-ci ilin ən DƏHŞƏTLİ MÜHARİBƏLƏRİ: yüz minlərlə ölü... - SİYAHI

2021-ci ildə baş verən müharibələr yüz minlərlə insanın ölümünə səbəb olub. ABŞ-ın savaş qurbanlarının sayına görə "Müharibə Statistikaları Analitik Mərkəzi"nin sıraladığı və yayımladığı siyahını təqdim edir:. Birinc

Dünyada koronavirusa yoluxanların sayı 290 milyonu ötdü

Dünyada təsdiqlənmiş koronavirus infeksiyası hallarının sayı 290 milyonu, ölənlərin sayı isə 5,44 milyonu ötüb. xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb. ÜST-ün məlumatına görə, 290 959 53

Rusiyada daha 18 233 nəfər koronavirusa yoluxdu

Rusiyada ötən sutka ərzində koronavirusa 18 233 yoluxma halı qeydə alınıb. xəbər verir ki, ölkədə koronavirusa yoluxanların ümumi sayı 10 537 966 nəfərə çatıb. Son sutka ərzində həmçinin koronavirusdan 26 976 nəfər sağalıb

Böyük Britaniyada rekord sayda yoluxma qeydə alındı

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 218 724 yoluxma halı qeydə alınıb. "Sinxua"ya istinadla verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər. Məlumata əsasən, ölkədə koronavirus

Tokayev hökuməti istefaya göndərdi - YENİLƏNDİ

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev hökumətin istefasını qəbul edib. xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidmətinin yaydığı sərəncamda deyilir. Nazirlər Kabinetinin üzvləri hökumətin yeni tərkibi təsdi

Avropa iki aydan sonra qazsız qala bilər

"Avropanın şaxtalı hava və anbarlardakı mavi yanacaq ehtiyatlarının az olması səbəbindən yaxın iki ayda qazsız qalma riski var". xəbər verir ki, bu barədə "Bloomberg" nəşrində dərc edilən məqladə yer alıb

ABŞ 20-dən çox rus PUA-sını vurdu

Suriya və Ukrayna üzərində uçan rus istehsalı "Lancet" pilotsuz aparatları naməlum silahlarla vurulub. -a istinadla xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb. Rusiyanın PUA texnologiyasını öyrənmək istəyə

Qazaxıstanda etirazçılardan 11 ŞƏRT

Qazaxıstanın digər şəhərlərində sakitlik hökm sürsə də, Almatı və Aktauda etirazçılar yenidən küçələrə çıxıb. Qazaxıstan mediasına istinadla xəbər verir ki, onların şərtləri aşağıdakılardır:. "Birinci tələb ərzaq qiymətlərini

Bayden rekord dərəcədə reytinqi itirdi

ABŞ prezidenti Cozef Baydenin reytinqi rekord dərəcədə aşağı düşüb. xəbər verir ki, bu barədə "NBC" telekanalının dərc etdiyi sorğunun nəticələrində deyilir. Sorğunun nəticələrinə əsasən, Cozef Baydeni ABŞ vətəndaşlarını


azerbaycan xeberleri yeni xeberler son xeberler cebheden xeber kriminal xeberler apa.az xeberler son xeber az