"Niyə hamınız düşmüsünüz üstümə?" - Nazilə Səfərli
"Bir-birimizə düşmən deyilik axı. Niyə bir-birimizi incidir, reklam tuturuq. Ağlım yerindədir, psixi problemim yoxdur, nə paylaşdığımı bilirəm. Niyə hamınız düşmüsünüz üstümə? Getmişəm bir şəhidin qapısına, gecə ilə. Bunu paylaşmışdım da. Niyə bilib-bilmədən danışırsınız? Gecə getdim, gördüm istidir. Fikirləşdim ki, millət gələcək, isti olmasın. Hədiyyə göndərdim, geri qaytardılar. Özü də geri qaytarmayıb, deyib ki, evdə adam çoxdur, bunu qoymağa yer yoxdur. Həm də evdə kondisioner olub, mən görməmişəm. Anamıza dedim, səndən küsmüşəm, payımı geri çevirdin. O da qayıtdı ki, pay geri çevirmərəm, evdə adamlar çox idi".
Open.az xəbər verir ki, bu sözləri şairə Nazilə Səfərli deyib. Sənətçi şəhid general Polad Həşimovun anası ilə foto paylaşmasını, onlara hədiyyə kondisioner göndərməsini tənqid edənlərə münasibət bildirib:
"Bəziləri İstanbulda, Antalyada oturub, gəzib, bura göstəriş verir ki, filankəsi vurun. Həyat bir gözqırpımındadır. Adam bilmir öz, yoxsa dostunun canına ağlasın. Bir ölkənin şəhidi varsa, Vətəndir. Kim kiməsə yardım edərsə, "sağ ol" deyərlər.
Deyirlər, yardım edənsiz get filankəsə et. Neçə ay əvvəl koronavirus başlayanda müğənniləri baltalayırdınız. Apardılar əllərində nə var idisə imkansızlara payladılar. Özümə niyə reklam tutum ki? Beş aydır işləmirəm. Könlümdən keçdi, balam üçün canından keçənə hədiyyə göndərdim. Siz də edin. O, şəhid anasının ayaqlarından öpüm.
Mərdi niyə qova-qova namərd edirsiz? Deyirsən, vermisiz danışmayın. Vermədim axı. Karantin ərəfəsində üç aylıq maaşımı bağışladım, amma yaydım? Mən düşmən balasıyam? Mən atdım gülləni? Günahdırsa, bağışlayın. Gərək heç kimə yardım etməyim".(axşam.az)

Azərbaycanda meymunçiçəyinə yoluxma var? – Rəsmi
Bakıda dəhşətli hadisə:Yeniyetmə ürəyindən VURULDU
Naxçıvanda zəncirvari qəza - Azyaşlı öldü, xəsarət alanlar var
İmran Əliyevə 12 il iş istənildi
Vüsalın qətlini gözləri ilə görüb - "Bıçağı üstünə sürtərək yanımdan keçdi..."
Yaponiyanın böyük imperiya arzusu: Qərbi təqlid etdi, Asiyaya hökmranlıq etdi
Türkiyə ilə viza rejimi tətbiq edilir? - SƏBƏBLƏR
Türk millətçiliyini zəhərləməyə çalışanlar... - Baxçalı
Azərbaycanda balıq bahalaşdı - Qiymətlər
Selena Qomesin səsi dəyişdi: Nədən imtina etdi?
Azərbaycanla Kanadanın aparıcı analitik mərkəzi arasında əməkdaşlıq müzakirə olunub
İran XİN sözçüsündən vahid məktəbli geyimi ilə bağlı - AÇIQLAMA
MM sədri Bişkekdə süni intellekt dövründə parlamentlərarası əməkdaşlığın önəminə diqqət çəkib
Lissabonda Azərbaycan səfirliyinin açılışına hazırlıq müzakirə edilib
Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq