"Niyə vəziyyət bizim üçün daim yalnız pisə doğru dəyişir?" – Rusiyalı erməni oliqarx

"Paşinyanın Rusiyanın Ermənistana silah verməməsi ilə bağlı açıqlamaları birinci sinif şagirdinin bəhanələrinə bənzəyir. Əgər mən dövlət başçısıyamsa və müttəfiqim mənə silah vermirsə, hamıya əl uzadıb özümü təmin etmək üçün əlimdən gələni etməliyəm. Bizə silah verilmədiyi üçün bacarıqlı ordumuz yoxdur deyə qorxutmaq lazım deyil. Rusiya vermir – Hindistandan, Amerikadan, Avropadan al. Bəli, hətta Türkiyə də satarsa, al. Bu, Vətəni qorumaq məsələsidir!
KONKRET.azxəbər verir ki, bu barədə Rusiya Erməniləri İttifaqının sədri Ara Abramyan Civilitas TV-yə müsahibəsində bildirib:
"2018-ci ildən Ermənistanda baş verən hadisələr Rusiyaya qarşı deyil, Ermənistana və bütün erməni xalqına qarşı yönəlib", – deyən Ara Abramyan qeyd edib ki, "Əgər bu proses indi dayandırılmasa, onda daha bir soyqırım olacaq, Qarabağda adam qalmayacaq!"
O, müsahibəsində Qarabağ məsələsinin çox önəmli olduğunu vurğulayıb: "Hər hansı bir sənədi imzalayarkən çox diqqətli olmalıyıq, hər vergülünə diqqət yetirməliyik. Söhbət sənəddən, kağız parçasından getmir. Söhbət insanların həyatından gedir".
"Biz, ümumiyyətlə, nə baş verdiyini bilmirik, etibarlı məlumatımız yoxdur. Bir şeyi deyirlər, bir müddət sonra tamam başqa məsələ ilə üzləşirik. Bunu da  onunla əsaslandırırlar ki, şərait bu cür inkişaf edib, vəziyyət dəyişib. Niyə vəziyyət bizim üçün daim yalnız pisə doğru dəyişir? Hiss olunur ki, Ermənistan-Qarabağ-Diaspor məsələlərində kimsə hansısa qərarlar qəbul edir ki, bu da vəziyyətimizi daha da pisləşdirir. Baş nazir bizi davamlı olaraq qorxudur, bunu etməsək, daha pis olacağını deyir, Əliyevin etməyə çalışdığından daha çox qorxudur.
Bizim təşkilat (Rusiya Erməniləri İttifaqı) həmişə müxtəlif müzakirələrdə iştirak edib, hətta Levon Ter-Petrosyanın, Köçəryanın, Serj Sarkisyanın dövründə də, ekspertlərimiz danışıqlar prosesinə öz töhfələrini veriblər.
Hərdən mənə deyirlər ki, açıqlamalarımda çox aqressivəm. Amma fakt budur ki, bu gün elə şeylərdən danışırıq ki, emosiyalarsız danışmaq mümkün deyil. Ölən əsgərin anasının həbs olunmasını, "biz bunu edə bilmirik, ordumuz bacarmır, müqavimət göstərə bilmirik" kimi ifadələrlə ordumuzu dəyərdən salmasını necə emosiyasız qəbul etmək olar?
Bu gün Ermənistan-diaspor əlaqəsi itib, sadəcə olaraq yoxdur. Ermənistan hakimiyyəti, Diasporla İş üzrə Müvəkkil Aparatı mövcud əlaqələri metodik şəkildə məhv edir.
Ermənistana güclü ordu lazımdır. İndiki hakimiyyət elə vəziyyətə gətirib ki, Türkiyə və Azərbaycan hamı üçün Ermənistandan daha önəmli olub. Mən çox istərdim ki, Rusiya müdaxilə edib ordu göndərsin, lakin biz bütün bunları başa düşməliyik ki, bu gün Rusiya üç cəbhədə döyüşmək iqtidarında deyil və ona görə də alternativ axtarın", – deyə Ara Abramyan bildirib.
Sevinc Paşayeva,
KONKRET.az

Siyasi       Tarix: 01 iyun 2023
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Zəngilanın Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak ediblər. Qeyd edək ki, Cahangirbəyli kənd

Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir

Gürcüstan mediası Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb. xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri bu ölkə mediasının diqqət mərkəzində olub. Bu ölkənin aparıc

Ərdoğan böyük dövlət qurur, Putin isə... Türkiyədə niyə daşınmaz əmlak satışa çıxarılır?

İstanbulun ən bahalı rayonlarından biri olan Beyoğlunda daşınmaz əmlakın kütləvi şəkildə satışa çıxarılması nə ilə bağlıdır? Türkiyə regionda dəyişən geosiyasi vəziyyətdən necə yararlanır?. – Burada, İstanbulda hər şey saki

Səfir: Qazaxıstan və Azərbaycan transxəzər infrastrukturunun inkişafını davam etdirəcək

Azərbaycan və Qazaxıstan arasında əməkdaşlığın inkişafı məsələləri Qazaxıstanın Bakıdakı səfirliyində keçirilən dəyirmi masada müzakirə edilib. səfirliyin məlumatına istinadən xəbər verir ki, tədbirdə diplomatlar, Azərbayca

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Möhtərəm cənab Prezident, 8 noyabr - Zəfər Günü Azərbaycan torpaqlarının işğaldan aza

Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər. /

Hikmət Hacıyev: Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır

Zəfər Günü ərəfəsində gözəl Şuşada olmaq insana sonsuz qürur və xoşbəxtlik hissi yaşadır. xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir

Qərb soyuq müharibəni qazandı, amma sülhü qazana bilmədi: NATO-nun genişlənməsi tarixi səhv idimi?

Rusiya niyə NATO-ya qoşulmadı? ABŞ və Moskva arasında yeni təhlükəsizlik sistemi yaratmaq mümkün idimi? Ukrayna bu gün müharibənin mərkəzində olmaya bilərdimi?. Bu suallar müasir Avropa tarixinin ən mürəkkəb və mübahisəl

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeberler azerbaycan son xeberler bugun 2026 azerbaycan ən son xəbərlər cəbhədən şad xəbər