Nobel İnstitutundan CAVAB: "Vardanyanın mükafata namizəd göstərilməsi fərziyyədir
Xəbər verildiyi kimi, Ermənistan mediası Azərbaycanda həbsdə olan Qarabağdakı qondarma rejimin "baş nazir"i Ruben Vardanyanın Nobel sülh mükafatına namizəd olması ilə bağlı xəbərlər tirajlamışdı.
Yayılan məlumatda bildirilirdi: ""Avrora" humanitar təşəbbüsünün həmtəsisçisi Ruben Vardanyan bir qrup ictimai və siyasi xadim, o cümlədən Nobel mükafatı laureatı tərəfindən 2024-cü il Nobel Sülh Mükafatına namizəd göstərilib".
Bəs, Ermənistan mətbuatının iddiası nə dərəcədə həqiqətə uyğundur?
Bizim.Media mövzu ilə bağlı Norveç Nobel İnstitutuna sorğu göndərib. İnstitutdan sorğumuza cavab olaraq bildirilib:
"Mükafatın verilməsi üçün daxil olmuş təkliflər, mükafatın verilməsi ilə bağlı araşdırmalar və rəylər 50 il keçənədək açıqlana bilməz. Nobel Komitəsi namizədlərin adlarını özü açıqlamır, nə mediaya, nə də namizədlərin özünə. Bəzi hallarda namizədlərin adları mediada yer alır. Bu ya sırf qabaqcıl fərziyyələrin məhsuludur, ya da namizədliyin arxasında duran şəxs və ya şəxslər tərəfindən yayılan məlumatdır", - deyə sorğuya cavab olaraq bildirilib.
Qeyd edilən cavab onu deməyə əsas verir ki, Ruben Vardanyanın Nobel mükafatına namizəd olması kimlərinsə fərziyyəsindən və ya iddiasından başqa bir şey deyil.
Yəni istənilən şəxs kiminsə Nobel Sülh Mükafatına "namizəd" olması ilə bağlı açıqlama verə, heç bir əsası olmadan təklif irəli sürə bilər. Lakin bu cür iddialar heç bir halda həmin şəxsin namizəd olacağını deməyə əsas vermir. Eynilə Vardanyan nümunəsində olduğu kimi… / azxeber.com
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezident Fəxri Kazımovu vəzifəsindən azad etdi
Ermənilərin muradı gözündə qaldı: "İrəvanla Aİ arasında vizasız rejim hələ tezdir"
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə
18 yaşlı azərbaycanlı İsveç siyasətində - Ən gənc namizəddir
Şəkər xəstəsidir, çəkini saxlaya bilmir - Sibel Canın kökəlməsinin səbəbi
Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü
İpoteka Fondunun yeni sədri Osman Xaliyev kimdir? – DOSYE
"Azeri Light"ın qiyməti 104 dollara düşdü
"Fənərbağça" uduzdu, azarkeşi ürəktutmadan öldü
Prezident Osman Xaliyevi sədr təyin etdi
İlham Mirzəyev xəstəxanaya yerləşdirildi: 'Haqqınızı halal edin
"Xankəndi" klubunda yeni təyinat
Millimiz Moldova yığmasına uduzdu