Növbə onlara ÇATDI – Bu şəxslər psixoloq kimi fəaliyyət göstərə bilməyəcək

Növbə onlara ÇATDI – Bu şəxslər psixoloq kimi fəaliyyət göstərə bilməyəcəkAzərbaycanda son zamanlar psixologiyaya maraq artıb və psixoloqa müraciət edənlərin sayı çoxalıb. Buna hər gün sayı artan psixologiya mərkəzləri də sübutdur. Lakin psixoloqların heç də hamısının fəaliyyəti müsbət qiymətləndirilmir.
Bildiyimiz kimi, psixologiya ixtisasına 4 il bakalavr və 2 il magisrtratura təhsili almaqla yiyələnmək olur. Amma bəzi mərkəzlərdə müxtəlif kurslardan əldə edilən sertifikatla da asanlıqla psixoloq kimi fəaliyyət göstərmək mümkündür.
Psixologiya insan ruhunun sağlamlığına xidmət etdiyi üçün inkişaf etmiş ölkələrdə buna daha ciddi yanaşılır. Psixologiya təhsili alanlar sahələri üzrə çalışmaq üçün çox sayda imtahanlardan uğurla keçir və müyyən müddətlik fəaliyyətinə dair icazə, lisenziya əldə edir. Həmin müddət bitdikdən sonra proses eyni qaydada təkrarlanır.
Xatırladaq ki, son zamanlar ölkəmizdə plastik cərrahların fəaliyyəti bir neçə nazirlik nümayəndələrinin iştirakı ilə xüsusi komissiya tərəfindən yoxlanılır.
Bəs psixoloqların fəaliyyətinə dair icazə lisenziyası verilirmi? Buna nəzarət olunurmu?
Mövzuya deputat, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı münasibət bildirib.
Millət vəkili psixoloqların fəaliyyəti üçün lisenziyalaşdırılmanın həyata keçirilməsinin bu xidmətin keyfiyyətinə müsbət təsir göstərəcəyini deyib:
"Psixoloji xidmətlər cəmiyyətin psixi sağlamlığı üçün çox vacibdir. Bu sahədə çalışan mütəxəssislərin peşəkar olması da mütləqdir. Qısa kurs sertifikatı olan şəxslərin psixoloq kimi fəaliyyət göstərməsi qeyri-peşəkarlıqla yanaşı, həm də ciddi fəsadlara yol açır. Ölkəmizdə psixoloqların fəaliyyəti üçün sertifikasiya və  lisenziyalaşdırılma həyata keçirilərsə, bu mexanizm həm vətəndaşların sağlamlığını təmin edər, həm də psixoloji xidmətlərin keyfiyyətini artırar".
O vurğulayıb ki, problemin aradan qaldırılması üçün müvafiq qurumlar tərəfindən ciddi addımların atılması cəmiyyətin psixoloji sağlamlığına əhəmiyyətli töhfələr verərdi.
///bizimmedia / azxeber.com

Sosial       Tarix: 15 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Şimali Kiprdə batan gəmi ilə bağlı 3 Azərbaycan vətəndaşı saxlanılıb

Şimali Kiprin Girne sahillərində 8 nəfərin ölümü ilə nəticələnən gəmi qəzası ilə bağlı başladılan istintaq çərçivəsində saxlanılanlar arasında üç Azərbaycan vətəndaşı da var. "Report"a istinadən xəbər verir ki

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Azərbacanda bu şəxslərə iki və üç otaqlı mənzillər veriləcək

Ağstafa rayonunda şəhid ailələri və əlilliyi olan şəxslərin mənzillə təmin olunması üçün 9 mənzil alınması nəzərdə tutulur. -ə istinadən xəbər verir ki, Sosial Xidmətlər Agentliyi tərəfindən bu məqsədlə 66 min manat vəsai

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber saytlari cəbhədən xəbər az xeber gunun xeberleri