Novruzda Azərbaycana gələcək turistlərə görə hotellərdə qiymətlər əl yandırır

Novruzda Azərbaycana gələcək turistlərə görə hotellərdə qiymətlər əl yandırırNovruzda Azərbaycana gələcək turistlərə görə hotellərdə qiymətlər əl yandırır
"Yanvar-fevral ayları ərəfəsində 225 min, martın ilk 15 gününü də nəzər alsaq, artıq 250 minə yaxın turist ölkəmizə gəlib. Novruz bayramı ərəfəsində bu say artıq 300 minə yaxınlaşacaq".
Bunu Bakupost.az-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Əhməd Qurbanov Novruz bayramı ərəfəsində ölkədə turizmin vəziyyəti haqqında danışarkən deyib.
Bildirib ki, karantin qaydalarının yumşaldılması daha çox turistin gəlməsinə şərait yaradır:
"İaşə obyektlərində saat limitlərinin aradan qaldırılması vaxtında verilmiş qərardır və ölkəyə daha çox turist cəlbində müsbət rol oynayacaq".
Ə.Qurbanov bayram ərəfəsində ölkədəki hotellərin qiymətlərinə də diqqət çəkib:
"Bayramlarda hotellərdə sıxlıq olduğu üçün qiymətlərdə artım müşahidə edirik. Hər zaman sahibkarlarla danışıqlar zamanı qeyd edirik ki, hotellərdə şişirdilmiş qiymətlərə yol vermək olmaz. Əsasən karantin dövrünün yumşaldılmış dönəmini yaşayırıqsa, şişirdilmiş qiymətlər yerli və xarici turistləri yalnız qaçıra bilər. Amma bunun da qarşısını almaq üçün real rəqabət mühiti olmalı və hotellərin sayı artırılmalıdır. Nəinki beş ulduzlu, hətta üç, iki, bir ulduzlu hotellərin, hostellərin, qonaq evlərinin sayı nə qədər çox olarsa, turistlər də öz istəklərinə, büdcələrinə uyğun hoteli seçib yaxşı istirahət edə bilərlər".
Ekspert ölkəyə gələn turistlərin statistikasını da açıqlayıb:
"Yanvar-fevral ayları ərəfəsində 225 minə yaxın, hətta bir az daha artıq turist ölkəmizə gəlib. Düşünürəm ki, martın ilk 15 gününü də nəzər alsaq, artıq 250 minə yaxın turist ölkəmizə gəlib. Novruz bayramı ərəfəsində, düşünürəm ki, bu say artıq 300 minə yaxınlaşacaq. Biz 2019-cu ildə 3 milyondan artıq turist qəbul etmişdik. Əgər pandemiya olmasaydı biz bu sayı hətta 2-3 dəfə artırmağı planlayırdıq. Bu ilin ilk rübünə baxsaq artıq, turistlərin ölkəyə gəlmə tempi artmaqdadır. Daha çox turist istəyiriksə, quru sərhədlərinin açılmasına nail olmalıyıq".
Ə. Qurbanov turist axınını təmin etmək üçün ölkəyə giriş-çıxış şərtlərinin yumşaldılmasını tövsiyə edib:
"Azərbaycan Turizm Assosiasiyası olaraq tövsiyə edirik ki, ölkəyə giriş-çıxış şərtlərini bir az daha yumşaltsınlar. Hazırda ölkəyə girişdə həm "COVID pasportu", həm PCR testi tələb olunur. Bunun ikisindən biri olarsa, düşünürəm ki, daha çox turist axını olar.
Yay aylarında sərhədlər açılarsa, ölkəyə turist axını daha da sürətlənəcək və turizmdə daha da canlanma yaşanacaq".
Daha sonra Yerli turistlərdən danışan Ə.Qurbanov bunları əlavə edib:
"Xarici turistlərdən əlavə yerli turistlər də rayonlara səfər edir. Qiymətlər müəyyən dərəcədə onlar üçün qənaətbəxş olmur. Amma bu il bayram ərəfəsində hotellərin maksimum dolması onu deməyə əsas verir ki, daxili turizm daha çox canlanır. Hazırkı vəziyyətdə 80-dən artıq ölkə ilə sərhədlərin açıq olmasına baxmayaraq, çox sevindirici haldır ki, yerli turistlərimiz ölkəmizdə istirahəti daha vacib sayırlar". /oxu.az

Turizm       Tarix: 16 mart 2022
f Paylaş

Oxşar xəbərlər

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO

Coratda zibilliyə çevrilən beş əsrlik tariximizə sahib çıxan yoxdur - YENİLƏNİB + FOTO. Sumqayıt şəhərinin Corat qəsəbəsində beş yüz illik tarixə şahidlik edən Hacı Məcid hamamına sahib çıxan yoxdur. . Belə ki, tarixi hama

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir

AZAL Od çərşənbəsində Almatı və Astana istiqamətlərində aviabiletlərə endirim təklif edir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Novruz bayramı ərəfəsində növbəti endirim aksiyasına start verir. Aviaşirkət Novruz çərşənbələrində

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI

Azərbaycanda tur paketlər 300-400 dollar BAHALAŞDI. Aprel ayında tur paketlər bahalaşıb. xəbər verir ki, hazırda bu sahədə tələb təklifi üstələyir. İlkin rezervasiya zamanı kimlər tur paket alıbsa, büdcəsinə xeyli qənaə

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar kriminal bugun cəbhədən yeni xəbərlər cəbhədən xəbərlər